Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müsavat Məclisin iclası keçirilib

Müsavat Məclisi- cəmi bir nəfər seçildi- Yenilənib, Fotolar

 

 

     Bu gün- oktyabrın 25-də Müsavat Partiyasının növbəti Məclisinin iclası keçirilib
  "Xeberinfo.com": Müsavat başqanı Arif Hacılı bildirib ki, 121 nəfərdən 51-i iclasda iştirak edir və bu səbəbdən yetərsay olduğundan, iclas keçirilə bilər.
Bundan sonra iclas Müsavatın himni ilə başlayıb. Sonra Arif Hacılı iclasın gündəliyini səsləndirib. O bildirib ki, sərbəst Məclis üzvlərinin seçkisi davam edəcək, həmçinin Divana seçkilər keçiriləcək.
A.Hacılı bildirib ki, Məclis üzvlüyünə 40 namizəd var. Həmçinin iki nəfər- Cavid Hacıbəyli və Cavanşir Abbaslı namizədliyin verilməsi üçün nəzərdə tutulan müddət bitdikdən sonra ərizə təqdim ediblər. O, həmin gənclərin adının da namizədlər siyahısına salınmasını təklif etdi və Məclis üzvləri bu fikri dəstəklədilər. 
Bundan sonra Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvlüyünə namizədlərin adları açıqlanıb. Səkkiz namizədin cəmi biri qadındır. Onlardan yeddisi seçilməlidir.
Daha sonra Məclis üzvlüyünə namizədlərin siyahısı açıqlanıb və namizədlər özləri barədə məlumat verərək səs istəyiblər. Qırx iki namizəddən bir nəfəri qadındır. Məclisdə isə 26 yer boşdur.
Çıxış edən Məclis üzvü Rüfət Hacıbəyli Məclis üzvlərini gənclərə səs verməyə çağırıb və bildirib ki, gənclərin partiyadakı rolu danılmazdır, onları partiyadakı fəaliyyətdən kənarlaşdırmaq olmaz: "Onların bir sözünə görə üstündən xətt çəkməz olmaz. Gənclər bu yolda canlarını qoyublar".
Nüşabə Sadıqlı isə ona etiraz edib və bildirib ki, indiki yaşlı nəsil də gəncliklərini Müsavat yolunda qoyublar və seçilmədikdə də küsüb getməyiblər. Gənclərin atdıqları addım doğru deyil. 
Daha sonra başqan Arif Hacılı bildirib ki, Səbail rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. İki şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyiblər. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik".
Partiyanın Divan üzvlərinin sayı isə 15 nəfər olmalıdır. Bu dəfə on nəfər seçilməli, 3 nəfərin seçilməsi növbəti seçkiyə saxlanılmalıdır. Uzun müzakirədən sonra on nəfərin seçilməsi qərarı üzərində dayanılıb. 
A.Hacılı qeyd edib ki, MNTK və Məclis üzvlərinin seçkisinin bu dəfə də alınmayacağından narahatlığını ifadə edib. Təklif edilib ki, 8 MNTK üzvündən biri namizədliyini geri götürsə, problemin biri həllini tapmış sayılır. Bundan sonra bir nəfər namizədliyini geri götürüb. 
Məclis üzvü Razim Əmiraslanlı isə bəzi Məclis üzvlərinin iclasa qatılmamasından narazılığını bildirib. O deyib ki, bir qruplaşmanın 10-15 üzvü məqsədli şəkildə iclasa qatılmadığından, seçkilər bu dəfə də alınmaya bilər. Qeyd edək ki, hazırda iclasda 66 Məclis üzvü iştirak edir.  
Partiyanın keçmiş sədri İsa Qəmbər də çıxış edib və ilk olaraq gənclərlə qadınlara səs istəyib. O bildirib ki, səsvermə çətin keçəcək və bu cür səsvermələrdən sonra kimə səs verdiyini unutmağa çalışır: “Çünki səs verilməyənlər də yerə layiqdirlər. Hər kəsin haqqı var”. O, həmçinin deyib ki, MTNK-ya 7 namizəd var və yeddi də boş yer var. Bu səbəbdən hamıya səs vermək lazımdır: “MNTK-nı formalaşdırmaq vacibdir ki, normal fəaliyyətə başlasın”. Məclis üzvləri isə seçilmək üçün isə namizədlər 60 nəfərin səsini almalıdırlar. Məclisdə 33 yer boşdur.
Bundan sonra səsvermə başlayıb və iki saatlıq- saat 15.00-dək fasilə elan edilib.
A.Hacılı səsvermə başlamazdan əvvəl müsavatçılardan xahiş də edib. O, “ov”, “yev” soyadlarının ləğvini istəyib. Başqanın sözlərinə görə, Elçibəy hökumətinin latın qrafikasına keçidlər bağlı qərarı olan zaman ilk olaraq Müsavat Partiyasında icra edilib. “İndi də bu soyadlar məsələsində diqqətli olmağınızı və rus sonluqlarını yığışdırmağınızı xahiş edirəm”.
Saat 15.30-da seçki bitib və səslərin sayılmasına başlanıb. Arif Hacılı bu müddətdə bildirib ki, Məclisdə iştirak etməyənlərin məsələsini müzakirə etmək lazımdır. Onun sözlərinə görə, Məclisdə elə insanlar var ki, onlar ötən Məclisdə də fəallıq etməyiblər, iclaslara qatılmayıblar, ancaq bu dəfə yenidən seçiliblər: “Mən onlarla söhbət etdim ki, məsələ necə olacaq? Məclisdə iştirak etməyənlərlə bağlı məsələ müzakirəyə çıxarılmalıdır. Hər halda, intizam qaydaları olmalıdır”.
Müzakirələrdən sonra qərara alındı ki, üç Məclisdə iştirak etməyənlərin məsələsi müzakirəyə çıxarılsın. Keçmiş başqan isa Qəmbər isə təklif etdi ki, buna bənzər prosedurlar var və onlara bir daha baxıb redaktə etmək olar. Hikmət Hacızadə isə təklif edib ki, iclaslarda iştirak etməyən Məclis üzvlərinin şəkli divarda lövhəyə vurulsun. Arif Hacılı isə deyib ki, bununla bağlı əvvəl də qərar var idi, ancaq icra olunmayıb: “Lazımdır ki, dalbadal üzrsüz gəlməyən şəxslərlə bağlı qərarlar qəbul edilsin. Təkliflər gələn toplantıda Divan tərəfindən hazırlansın”. Təklif qəbul edilib.
A.Hacılı qeyd edib ki, narazılara dəfələrlə danışıq və barışıq təklif edib: “Kim mənim üzərimə müharibə ilə gələcəksə, mən sülhlə gələcəm. Kimsə hesab edirsə ki, Arif Hacılı kiminləsə toqquşacaq, xeyr, olmayacaq. Müsavat Partiyasında hər bir üzvə bərabər münasibət olacaq. Amma təzyiqlərlə nəyəsə nail olmaq, hansısa görəvlərə də nail olmaq mümkün olmayacaq, bunu da deyirəm”.
Məclisdə çıxış edənlərin bir neçəsi təklif edib ki, narazıların məsələsi ciddi şəkildə müzakirə edilsin. Həmçinin qeyd edilib ki, bu proseslər başqa yerdən idarə olunur, öz-özünə getmir. 
Məclis üzvü Başxanım Abbaslı isə bildirib ki, indi bir çoxlarının tənqid etdiyi, ittiham etdiyi şəxslərlə birgə illərdir ki, eyni yol gedilir: “Onlarla illərdir ki, birgə yol gedirik. Onların üstündən xətt çəkmək olmaz. Onlar da bizdəndir, bizim üzvümüzdür”. 
İclasda həmçinin bəyanat da səsləndirilib. Bəyanatda əsas vurğu narazıların və tənqidçilərin cəzalandırılması olub. Çıxış edənlərin bir neçəsi bildirib ki, bu bəyanat başqanın fikirləri ilə təzad təşkil edir, başqan barışıq istəsə də, bəyanatda cəzalandırmadan söhbət gedir. A.Hacılı isə deyib ki, bəyanat redaktə olunacaq və yumşaldılacaq. 
Daha sonra keçirilən seçkilərin nəticələri açıqlanıb. Seçki Komissiyasının sədri Azər İsmayıl bildirib ki, səsvermədə 71 nəfər iştirak edib. MNTK-ya cəmi dörd nəfər seçilib. Məclis bunu təsdiq edib.
Divana seçkilərdə isə 70 nəfər iştirak edib, Divana on nəfər seçilib, Səxavət Soltanlı və Rüfət Hacıbəyli seçilməyib. Məclis bunu da təsdiq edib.
Arif Hacılı qeyd edib ki, Elman Fəttahı özünə müavin təyin etmək istəyir. Məclis bunu da səs çoxluğu ilə təsdiq edib. 
Həmçinin Səxavət Soltanlı, Osman Kazımov, Gülağa Aslanlı və Nüşabə Sadıqlı da başqanın müavinləri təyin edilib. A.Hacılı deyib ki, həmin şəxslərlə bu barədə geniş şəkildə müzakirələr aparıblar. Yeni müavinlər posta təyin olunduqlarına görə təşəkkürlərini bildiriblər və etimadı doğruldacaqlarını vurğulayıblar. 
A.Hacılı deyib ki, müavinlərin seçimi bu dəfə yekunlaşmayacaq və gələn Məclisdə də müavinlərin və müşavirlərin təyinatı olacaq.  
Daha sonra Məclisə keçirilən seçkinin nəticələri açıqlanıb. Məclisə cəmi bir nəfər seçilib- Gülağa Aslanlı. O, Məclis üzvlərindən 63 səs ala bilib. 
A.Hacılı bildirib ki, Məclis seçkisinin davam etdirilib-etdirilməməsi Divanda müzakirə olunacaq: “İndi də 33 yerdən 32-si boş qalıb. Biz bunu müzakirə edəcəyik”.
Divanın iclası isə oktyabrın 27-də saat 14.00-da keçiriləcək.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam