Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bəşər Əsəd ABŞ-ı ittiham edib-“ABŞ-ın əlindəki kartlar azalır”

“ABŞ-ın əlindəki kartlar azalır” - Bəşər Əsəd
Suriya prezidenti Bəşər Əsəd başda ABŞ olmaqla Qərb ölkələrini Suriya böhranının siyasi yolla nizamlanmasını pozmaqda ittiham edib.
Yenixeber.org: Əsəd bu barədə RT telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Qərb ölkələri Suriyada siyasi nizamlanmaya məhz terrorçu qruplaşmaları dəstəkləmək, həmçinin digər silahlı dəstələrin Suriyaya girməsinə kömək etməklə mane olmağa çalışırlar.

Qərb koalisiyasının bu niyyətlərini pozmaq üçün Suriya prezidenti qarşıya qoyduqları əsas məqsədi açıqlayıb: “Onlardan daha çevik davranmalıyıq və düşünürəm ki, artıq bu istiqamətdə uğur əldə edirik. Hələbin, Deyr əz-Zorun, Homs və Dəməşqin azad olunmasından sonra ABŞ-ın əlində daha az kart qalıb. Amerikalılar ölkəmizdən getməlidirlər, gec, ya tez bu baş verəcək. Onlar İraqı da heç bir hüquqi əsas olmadan işğal etmişdilər və baxın görün, bunun sonu necə oldu. Onlar nəticə çıxarmalıdırlar. İraq istisna deyil, elə Suriya da. Bizim regionun xalqları xarici müdaxiləyə daha dözmək fikrində deyil”.

Bəşər Əsəd, həmçinin vurğulayıb ki, müharibədən pis heç nə yoxdur, lakin dialoqu qəbul etməyən terrorçularla yalnız güc yolu ilə mübarizə aparmaq mümkündür. Lakin o, Suriyada münaqişənin nə zaman bitəcəyini deməkdə çətinlik çəkib.

Xatırladaq ki, Bəşər Əsədlə Soçidəki görüşündə Rusiya prezidenti Vladimir Putin Suriyadakı bütün xarici qoşunların ölkəni tərk etməli olduqlarını bəyan etmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam