Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bəşər Əsədin qüvvələri Hələbdə irəliləyir

 

Ötən həftəsonu Suriya hökümət qüvvələri Hələb ətrafında hava hücumlarını ikiqat artırıblar. Onlar çalışırlar ki, prezident Bəşər əl-Əsədi devirmək istəyən üsyançıların təchizat xətlərini kəssinlər.

 

"Xeberinfo.com":Məlumata görə, üç tərəfi Suriya hökümət qüvvələri tərəfindən mühasirəyə alınan və şimal-şərq bölqəsində İslam Dövləti militantları tərəfindən idarə olunan Suriyanın ikinci ən böyük şəhərinin əl-Candul və əl-Kastello rayonu döyüş təyyarələri tərəfindən müntəzəm hücuma məruz qalıb.

 


İran və Əfqanistandan cəlb olunmuş şiə döyüşçülər tərəfindən dəstəklənən Suriya rejimi bir neçə həftədir diqqətini Afrin şəhərindən Hələbə və daha sonra Türkiyə sərhədində yerləşən Kilis şəhərinə olan təchizat marşrutuna cəmləşdirib. Üsyançılar bu yolla şəhərə silah, sursat və tibbi təchizatlar keçirirlər və yaralıları Türkiyəyə aparırlar.

 

Suriya üsyançılarının Hələbdən geri çəkilmələri İslam Dövləti militantlarına və Əsəd rejiminə qarşı döyüşən Qərbin dəstəklədiyi üsyançılara ağır zərbə olacaq.

 

Qiyamçılar hazırda Hələbin yarısına nəzarət edirlər. Suriya hökümət qüvvələri şəhərdəki üsyançıları əhatəyə almağa çalışırlar və Qərbin dəstəklədiyi müxalif siyasətçilər və Obama administrasiyasının dəstəklədiyi üsyançı komandirlər üsyançı fraksiyaları arasında qızışan sərt döyüşlərin ara verməsi üçün razılıq əldə etməyə çalışırlar.

 

Onlar qorxurlar ki, əgər üsyançıların münaqişələri aradan qalxmasa və onlar birləşməsə, Əsəd Hələbi tam mühasirəyə ala və daha sonra da üsyançıların nəzarət etdiyi digər şəhərləri qaytara bilər.

 

Ötən həftə, İslam Dövlətinin Əl-Qaidəyə bağlı Cəbhət əl-Nüsrə qrupunun cihadçı rəqibləri və barışmaz islamçı üsyançıları mötədil üsyançıları İdlib əyalətindən qovublar və onları “Qərbin marionetləri” olmaqda ittiham ediblər. Mötədil üsyançı qruplardan biri Hərəkət Həzm, ABŞ tərəfindən dəstəklənir və Obama administrasiyası tərəfindən anti-tank raketləri ilə təmin olunub.

“Biz çox təəssüf edirik ki, üsyançılar özlərinə qarşı vuruşurlar və Əsəd rejimi bu durumdan faydalanır,” deyə Suriya Koalisiyasının baş katibi Nəsr əl-Həriri bildirib.

 

Lakin islamçı Mücahiddin Ordusunun baş komandiri Əbdül Rəhman hər hansı razılaşmanın olacağına inanmadığını bildirib. “Biz çalışırıq ki, üsyançılar arasındakı ixtilafa son qoyaq. Dayandıra bilməsək, Əsəd bu haldan istifadə edəcək,” deyə Əbdül Rəhman bildirir.

 

O bildirib ki, üsyançı fraksiyaları arasındakı fikir ayrılıqları gərginləşir və ABŞ-ın Suriyadakı hava müharibəsində Əsədə məhəl qoymaması və diqqəti yalnız İslam Dövlətində cəmləşdirməsi bu situasiyanı daha da çətinləşdirir. Biz bütün diqqətimizi Bəşər əl-Əsəd üzərində cəmləşdirsək, üsyançılar arasındakı münaqişə və mübahisələr sona çatacaq.

 

Qərbin dəstəklədiyi siyasi qrup - Suriya Koalisiyası - ABŞ-ı Əsəd rejimi Hələbi mühasirəyə almağa çalışanda hava hücümları ilə müdaxilə etməyə çağırıb. Bele bir addım ABŞ və Qərbin konfliktdəki iştirakını artıracaq, və ABŞ rəsmiləri bildiriblər ki, onlar belə bir addımdan çəkinirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam