Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Daha bir tanınmış fəal Müsavatdan istefa verdi

 

        "Xeberinfo.com": Tanınmış gənc fəallardan biri, “Gənclər klubu” ictimai birliyinin həmtəsisçisi Zaur Əkbər üzv olduğu Müsavat Partiyasından istefa verib. Z.Əkbər bununla bağlı özünün facebook səhifəsində bəyanat yayıb. Bəyanatda deyilir:

 “Düz on ildir ki, Müsavat Partiyasının üzvüyəm. Bir neçə il müddətində Müsavat Gənclər Təşkilatının təbliğat məsələləri üzrə sədr müavini olmuşam. Bu müddət ərzində hər zaman üzərimə düşən işi çox ləyaqətlə yerinə yetirmişəm. Partiyada aktiv olduğum dövrlərdə heç bir qrupun və ya tərəfin adamı olmamışam. Hər zaman Azərbaycanımızın banisi olan Məhəmməd Əmin Rəsulzadənin ideya və dəyərlərinin daşıyıcısı olmuşam və bu istiqamədəki mübarizəm indi də davam edir, bundan sonra da davam edəcək! 2007-ci ildən isə müstəqil olaraq ictimai-siyasi fəaliyyətə üstünlük vermişəm. Amma bununla yanaşı Müsavat Partiyasında sıravi üzv kimi qalmışam. Hazırda isə özümün gələcək ictimai-siyasi fəaliyyətimi, planlarımı daha çox müstəqil şəkildə həyata keçirəcəyimi və bu istiqamətdə fəaliyyətimi gücləndirəcəyimi, genişləndirəcəyimi nəzərə alaraq bu gündən Müsavat Partiyası sıralarından istefa verirəm. 
Partiyaya isə gələcək işlərində uğurlar arzulayıram!”.

Xatırladaq ki, bundan bir neçə gün qabaq da başqa bir ictimai fəal – hüquq müdafiəçisi Samir Kazımlı Müsavatdan istefa verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam