Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azəriqaz”ın əməkdaşları rüşvət tələb edir

saygac

 

Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən Bakı Kondinsioner Zavodunun bağ massivində yerləşən şəhərcikdə qaz, su və elektrik enerjisi xətlərinin çəkilməsi üçün vətəndaşlardan rüşvət tələb olunur.

Xeberinfo.com:   Bu haqda Gununsesi.info-ya şəhərciyin sakini Elmira Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Suraxanı rayonu Elektrik Şəbəkəsinin əməkdaşları evlərə sayğac quraşdırılması üçün 180 manat, “Azəriqaz”-ın rayon şöbəsinin əməkdaşları isə qazın çəkilməsi üçün 700-800 AZN rüşvət tələb edirlər: “Ərazidə yalnız imkanlı məmurların yaşadıqları evlərə qaz çəkirlər. Özünü SOCAR-ın əməkdaşı kimi təqdim edən şəxslər açıqca deyirlər ki, pulunu ver, qazını çəkək. Bu ərazidə hamı belə üsulla qaz çəkdirib. Burada məndən başqa hamıdan pul alıb, xətləri qoşdular. 72 yaşım var. Təqaüddə olan müəliməyəm. Dövlətin verdiyi pensiyayla zor-güc dolanıram. Olsaydı verərdim, təki qışın soyuğunda qazsız qalmayım. Hamı gəlir deyir ver, axı hardan alım verim. Bu boyda şəhərcikdə bircə küçənin də adı yoxdur. Neçə dəfə qonşularla yığışıb Rayon İcra Hakimiyyətinə şikayətə getdik. Dedik ki, küçələrə Milli Qəhrəmanlarımızın adlarını verin. Sakinlər Təcili Yardım çağıranda küçələrdə qalırlar. Bizi dinləyib “Probleminizi həll edəcəyik” desələr də, gələnlər rüşvətsiz iş görmürlər. Axı biz bu dövlətin vətəndaşıyıq. Bizim kimi imkansız vətəndaşlar problemini necə həll etsin? Hər gün telekanallardan bar-bar bağırıb deyirlər ki, qazlaşdırmanın aparılması dövlətin nəzarətindədir və bu xidmət pulsuzdur”-, deyən E. Sadıqova çıxılmaz vəziyyətdə olduğunu da qeyd edib. Mövzunu gündəmdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam