Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İqtisad Universitetində köhnə-təzə savaşı davam edir

 

Yeni rektorun yeni komandasının fəaliyyəti kollektivdə narazılıq doğurur

 

 

    “Xeberinfo.com”: İqtisad Universitetindən yeni narazılıq dalğası ilə bağlı məlumatlar almışıq. Məlumata görə universitetin müəllim-tələbə kollektivi yeni rektorun yeni komandasının özfəaliyyətindən narazılıq edir.

     Xatırladaq ki, bu il martın 5-də cənab prezidentin müvafiq sərəncamı ilə iqtisad universitetinin rektoru dəyişdirildi: bu postda Şəmsəddin Hacıyevi Ədalət Muradov əvəz etdi. Yeni rektor bu vəzifəyə qədər təhsildən kənar-İqtisadi İnkişaf Nazirliyində çalışsa da, onun müəyyən dövrlərdə təhsillə bağlılığı da faktdır. Ədalət Muradov 1995-1999- cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Bunca pedaqoji fəaliyyətlə məşğul olması Ədalət müəllimin hazırkı vəzifədə fəaliyyəti üçün stimullaşdırıcı amiı sayıla bilər. Başqa sözlə iqtisad universitetinin rektorluğu onun üçün yad vəzifə deyil. Məhz elə bu səbəbdən də çoxları yeni rektordan müsbət mənada çox şey gözləyirdi...

    Ədalət Muradov da çoxları kimi ilk gündən kadr dəyişikliyini prioritet seçdi. Sabiq rektorun dövründə vəzifə tutanlar birmənalı şəkildə yeniləri ilə əvəz olundu. Doğrudur, müəyyən istisnalar da oldu. Məsələn universitetdə ikinci sima sayılan Daməd Bağırov hələ də vəzifəsini icra etməkdədir. (Məlumata görə buna səbəb rektorun hörmətli bir şəxsin xahişindən keçə bilməməsidir). Nə isə...

   İqtisad Universitetindən “xeberinfo.com”a daxil olan məlumata görə Ədalət Muradovun yeni komandasının gətirdiyi yeni ab-hava kollektivdə genişlənməkdə olan narazılıqla müşahidə olunur. Yeni komanda köhnələri birmənalı şəkildə qəbul etmir, yeri gəldi-gəlmədi onlara problem yaradır. Məlumata görə bu təhsil ocağında köhnə-təzə savaşı o həddə çatıb ki, əgər mümkün olsa yeni komanda sıradan müəllimi də təzəsi ilə əvəzləyər. Rektorun tədrisə məsul şəxslərlə bağlı etdiyi yeniliklər və onun nəticələri ilə bağlı müəyyən dəqiqləşmələrdən sonra geniş yazmağa çalışacağıq.

Hələlik isə belə demək mümkünsə birbaşa tədrislə bağlı olmayan, amma daha çox diqqət çəkən maliyyə məsələsi ilə bağlı. Məlumata görə Ədalət müəllimin yeni təyinatlarından daha çox maraqla qarşılanı və daha çox söz-söhbətə səbəb olanı universitetin maliyyə və mühasibatlıq departamentinin baş mühasibi Nəsimi İsmayılovla bağlıdır. Məhz qısa zamanda bu şəxsin əli ilə küllü miqdarda vəsaitin müxtəlif adlarla “buxarlanması” haqqında məlumatlar dolanır. Bu sıraya isə həm sabiq rektorun zamanından qalıb xərclənməmiş, həm də yeni ayrılmış vəsaitlər daxildir. Əvəzində isə əsas korpusun ehtiyac olmayan bəzi divarları rənglənib, vəssalam...

Bundan əlavə rektorun “sağ əli” sayılan Nəsimi İsmayılovla bağlı daha da ilginc məlumatlar var. Rektorun da adının hallandığı bu məlumatlarla bağlı lazımı araşdırmaları aparırıq. Qarşıdakı günlərdə bu istiqamətdə geniş yazmağa çalışacağıq.

 

  Yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.

 

 

   Müzəffər

     

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam