Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə Qərbi niyə narahat edir?

 

   Elxan Şahinoğlu: “Qərbi narahat edən Türkiyənin bölgədə artan nüfuzudur”

   "Xeberinfo.com": Türkiyənin ABŞ-a dəstək verməməsindən sonra toplanan ABŞ Senatının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində rəsmi Ankaranın mövqeyinə sərt və təhqiramiz şəkildə qarşılıq verilib. Toplantıda çıxış edən konqresmenlər Türkiyənin açıq şəkildə Suriyada "Nüsrət Cəbhəsi", "Ahrarus Şam", Fələstində "Həmas"a , Misirdə isə "Müsəlman Qardaşları"na dəstək verdiyini bildiriblər.   Bundan sonra isə, ABŞ-ın nüfuzlu "New York Times" qəzeti, ingilis və alman mətbuatının ardından Türkiyənin İŞİD-ə dəstək verdiyini iddia edib. ABŞ-ın nüfuzlu "New York Times" qəzeti sensasion iddia ilə çıxış edərək Ankaranın Hacıbayram məhəlləsində İŞİD-in ofisi olduğunu və təşkilatlanmanın məhz bu ofisdən idarə edildiyi bildirib. Türkiyədə son prezident seçkilərindən qısa zaman adlayıb. 12 il baş nazir olan R.T.Ərdoğanın ölkə prezidentidir. Qərbin Türkiyiyyə qarşı açıq savaşı son bir neçə gündür daha çox diqqət cəlb edir.   

   Siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qərb və Türkiyə arasında yaşayan mövcud siyasi vəziyyətlə bağlı Aktual.az-a şərhində qeyd edib ki, baş nazir postundan sonra Ərdoğanın prezident seçilməsi ola bilsin Qərbdə bəzi siyasi dairələri qıcıqlandırır: “Bu səbəbdən də Qərbin və Amerikanın bəzi tanınmış mətbuat orqanları əslində Tükiyədən çox Ərdoğanı hədəfə alıb. Türkiyə inkişaf edir, irəli gedir. Avropa Birliyi ölkələri isə yerində sayır. Digər tərəfdən Türkiyənin bölgədə artan nüfuzu da Qərb ölkələrini narahat edir”.  

Politoloqun sözlərinə görə, Qərbi qıcıqlandıran Türkiyənin “İŞİD”ə qarşı antiterror koalisiyasında yer almamasıdır: “Hazırda “İŞİD”-in əlində 50-ə yaxın türk diplomatı var. Türkiyə antiterror koalisiyasına qoşulan kimi “İŞİD” həmin diplomatları qətlə yetirə bilər. Buna görə də ehtiyatlı davranmaqda Türkyə haqlıdır. Düşünürəm ki, gələckdə “İŞİD”-ə qarşı mübarizədə Türkiyə öz sözünü deyəcək”.  

Amerikanın “İŞİD”ə qarşı mübarizə strategiyasnın olmadığını diqqətə çatdıran E.Şahinoğlu bildirib ki, mövcud vəziyyətdə Türkiyədən böyük tələblər etmək yersizdir: “Barak Obama hava zərbələri endirəcəklərini bəyan etdi. Ancaq hava zərbələri ilə 30 minlik terror qruplaşması üzərində qələbə çalmaq olarmı? Zamanında Əfqanıstan və İraqa qoşun yeritdi. Qoşun yeritməklə nə İraqı, nə də Əfqanıstanı xilas edə bildi.  Amerikanın “İŞİD”-ə qarşı mübarizə strategiyası da bəlli deyil. Belə olan halda Türkiyədən böyük tələblər etmək yersizdir”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam