Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə Sarkisyanın “barışıq təklifi”ni bir şərtlə qəbul edə bilər

 

Türkiyə Sarkisyanın “barışıq təklifi”ni bir şərtlə qəbul edə bilər

Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Türkiyə ilə münasibətlərdən söz açıb. 2009-cu il hadisələrinə qayıdan Sarkisyan bildirib ki, həmin protokollara əsasən Türkiyə-Ermənisatan münasibətlərinin bərpası, sərhədlərin açılması müzakirə olunub:

Yenixeber.org: “Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb”.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu” sualına Sarkisyan konkret cavab verib: “Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”.

Maraqlıdır ki, Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin hansı səbəbdən bağlanmasından danışmaq əvəzinə, Türkiyə rəhbərliyini siyasi iradəsizlikdə ittiham edir.

Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Sarkisyanın Münhen Təhlükəsizlik Konfransında söylədikləri cəfəngiyatdır: “Sarkisyan çıxışında minnət qoymağa çalışır ki, hazırkı vəziyyətdə Türkiyə ilə Ermənistan arasında münasibətləri 2009-cu il protokoları əsasında bərpa etmək mümkün deyil. O, qeyd edib ki, indi yeni şərait, reallıqlar olduğundan ortada yeni sənəd olmalıdır. Eyni zamanda bildirib ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin bərpa edilməməsi Azərbaycanla bağlı deyil. O, Türkiyə rəhbərliyini siyasi iradəsizlikdə ittiham edib. Sarkisyan yenə beynəlxalq auditoriyadan mənasız, cəfəng fikirlərini söyləmək üçün istifadə etmək istəyir. Hər kəsə gün kimi aydındır ki, 2009-cu ildə sərhədlərin açılması ilə bağlı müəyyən danışıqlar gedirdi. Türkiyənin konkret şərtləri vardı. Bu şərtlər yerinə yetirilmədən heç bir halda münasibətlərin bərpasından, sərhədlərin açılmasından söhbət gedə bilməz”.



E.Nəsirov hesab edir ki, ən mühüm şərt Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasıdır. Bu isə yeni şərait deməkdir: “Yeni şəraitdə Türkiyə və Ermənistan münasibətlərinə baxıla bilər. Əgər Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırsa, onda “Türkiyə ilə münasibətlərlə bağlı yeni sənəd lazımdır” kimi ifadələrin nə mənası var? Bununla kimin başını aldatmaq istəyir? Yenə də beynəlxalq ictimai fikirin gözünə kül üfürmək istəyir. Heç bir qayda dəyişməyib. Yeganə səbəb var. İşğala son qoy, Azərbaycan torpaqlarında işğalçı qüvvələrini çıxar, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsın. Bu halda Türkiyə ilə münasibətlərin bərpası və sərhədlərin açılmasından söhbət gedə bilər. Bu, baş verməyibsə, Ermənistanın Münhen Təhlükəsizlik Konfransında söylədikləri nonses, cəfəngiyat, absurdur. Bu mövzuda Sarkisyanın danışmağa mənəvi haqqı oxdur. Torpaqlarımızın işğalına nə zaman son qoyarsa, o zaman Türkiyə ilə münasibətlərin bərpasından, sərhədlərin açılmasından danışa bilər”. 

Deputat vurğulayıb ki, Türkiyə-Ermənistan münasibətlərində yeni şərait yalnız işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılması ilə başlaya bilər: "Ermənisatan torpaqları qaytarmaq üçün heç bir addım atmırsa, bu halda yeni şərait yoxdur. Köhnə şəraitdir. ATƏT-in Minsk qrupu həmsədrləri səviyyəsində dəfələrlə bəyan edilib ki, status-kvo dəyişməlidir. Yəni, torpaqlar işğaldan azad olunmalıdır. Bu hal yoxdursa, deməli köhnə vəziyyətdir, status-kvo vəziyyətidir. Belə olanda Türkiyə ilə münasibətlərin bərpasını dilə gətirmək, yeni sənəd üzərində işləmək kimi yanaşmalar cəfəngiyatdır. 

Hesab edirəm ki, Sarkisyan növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir və onun danışığından belə çıxır ki, guya Türkiyənin niyyəti var. Guya Türkiyə çox maraqlıdır ki, Ermənistanla münasibətləri bərpa etsin. Əgər Sarkisyan həqiqətən düz danışırsa, açıq şəkildə desin ki, Türkiyənin şərti Azərbaycan torpaqlarının işğalına son qoyulmasıdır. Ancaq, Sarkisyan bu ifadəni dilə gətirmək istəmir. Ona görə də bütün bunlar mənasızdır və nonsesidir”. 

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam