Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qüdrət Həsənquliyev vahid namizəd təklif edir –“Yaxın 10 gün ərzində…”

 

quduYenixeber.org: “BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.

“AzPolitika”nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev seçkiyə-qatılıb qatılmayacaqları haqda sualı cavablandırarkən belə deyib.

Q.Həsənquliyev bildirib ki, partiyanın seçkilərdə iştirakının forması və prezidentliyə namizədinin müəyyənləşməsi ilə bağlı yekun qərar BAXCP-nin seçkili orqanında – Ali Məclisdə veriləcək. “BAXCP daha çox siyasi partiyanın bir araya gəlməsində və seçkilərə vahid namizədlə qatılmasında maraqlıdır. Hesab edirik ki, Azərbaycanın ölkənin milli maraqlarından çıxış edən, yalnız və yalnız Azərbaycan xalqının iradəsinə söykənən, istiqlal məfkurəsinə, milli və bəşəri dəyərlərə, hüququn aliliyi prinsipinə sadiq olan, milli hədəflərdən sapmayan, millətin və dövlətin strateji hədəflərini, Azərbaycanın birliyi və bütövlüyünü siyasi maraqlarından üstün tutan güclü müxalifətə ehtiyacı var. Bunun üçün də siyasi partiyalar bir araya gəlməyi və güzəştə getməyi bacarmalıdırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam