Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səudiyyəyə xoş gəlməyən Ankara-Beyrut yaxınlaşması –Vəliəhd-şahzadənin himayəsindəki media Livan baş nazirini hədəfə aldı

Məcdi Hələbi

“Elaf” (Səudiyyə Ərəbistanı)

 

Yenixeber.org: Səudiyyə Ərəbistanı Səəd Həririnin son addımlarına xoş baxmır. "Livanın baş naziri Türkiyə seçiminə doğru gedir və Krallıqdan üz döndərir…" Bu, Səəd Həririnin Türkiyəyə səfərindən sonra sadəcə Livana verilən dəstəyin əlaqələndirilməsinə deyil, həm də Ankaranın yaratdığı sünni qardaşlıq çərçivəsində cənab baş nazirin davranışı ilə bağlı insayderlərin keçirdiyi monitorinqin nəticəsidir.

İran kimi, Türkiyə də Yaxın Şərq və Afrikada öz təsirini bərpa etməyə çalışır və yenə də İran tək, hər vakuuma, yaxud çata daxil olmaq, ya da Tehranın tərk etmək istəyərkən, miras qoyduğu boşluğa girmək və ya onun giriş çətinliyi olan sahəyə sahib olmaq istəyir.

Bunu "Elaf" mənbələri deyir.

 

Qiymət yüksək olacaq

 

Məlumatlı mənbələr "Elaf"a bildirib ki, Livanda da bu hal müşahidə olunur. Belə ki, artıq onun üçün heç bir xərc çəkmək və ya ödənc vermədiyindən Səudiyyə Ərəbistanının dəstəyini itirmiş Həriri, Türkiyə vasitəsilə şiə İrana qarşı daxili tarazlıq yaratmağa çalışır.

Yüksək mənsəbli mənbə bildirib ki, bir Səudiyyə rəsmisi bu yaxınlarda Livan baş naziri ilə əlaqə saxlayıb və ona deyib ki, Türkiyə ilə bağlı “tələskənliyi” Həririyə baha başa gələcək, çünki səltənət onunla və Livanla bütün sahələrdə yollarını ayırmayıb.

 

Yanlış hesablamalar

 

Digər tərəfdən, Səəd Həriri daxili böhranı fonunda parlament seçkilərinə gedir. “Hizbullah”, xristianlar və sünnilərın qatılacağı seçkilər ərəfəsində Həriri bu qənaətdədir ki, Türkiyə xilaskar ola bilər. Çünki yaxın gələcəkdə maliyyə böhranı istisna deyil. Həriri isə indidən maliyyə qıtlığı, resurs çatışmazlığı ilə üzləşib.

Baş nazir hesab edir ki, onun İran əleyhinə Türkiyə ilə ittifaqı Krallıqda qəzəb doğurmayacaq. Çünki Tehran səltənət, habelə sünni “Müsəlman Qardaşlar”ını dəstəkləyən Türkiyənin rəqibidir.

Məlumatlı mənbə deyib ki, görünür, Səəd Hariri hesablamalarında yanlışlığa yol verib və onun Türkiyə ilə ittifaqını regiondakı əsas müttəfiqi və hamisi – Səudiyyə Ərəbistanı görməməzliyə vurmayacaq. Nə onun baş nazir vəzifəsindən istefası, nə də yenidən vəzifəsinin icrasına başlaması kimi.

Qarşıdakı parlament seçkiləri Həriri üçün uğursuz ola bilər. Xüsusilə Livanda “Gələcək” Hərəkatının dəyişikliyə getmə yolu tutması və “Hizbullah”la – əksəriyyətin fikrincə, "atası Rafiq Həririnin qatili" ilə anlaşmadan imtina etdiyini nəzərə alaraq…

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam