YAXIN ŞƏRQIN ŞAHMAT TAXTASINDA TEHRANIN QƏLƏBƏSİ–MBS-nin cəsarətli hərəkətlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı şanssızdır - TƏHLİL
Conatan Spayer
“Foreign Policy” (ABŞ)
Yenixeber.org: Səudiyyə Ərəbistanı, deyəsən, bütün Yaxın Şərqi müharibə cığırına çıxarmaq istəyir. Livan baş naziri Səəd Həririnin Səudiyyə rəhbərliyi tərəfindən təşkil olunmuş istefası və Yəməndən Riyadı hədəf alan ballistik raket hücumundan sonra Səudiyyə rəsmilərinin davakar ritorikası Yaxın Şərqdə İran maraqlarına qarşı yeni əks-iddia dövrünü başladır.
Vəliəhd-şahzadə Məhəmməd ibn Salmanın müxtəlif cəbhələrdə qəfil hərəkətləri“Xaç atası-3”də Maykl Korleonenin ailənin düşmənlərinə sürətli və eynizamanlı zərbələrini xatırladır. Lakin filmdən fərqli olaraq, bu müsabiqədə 32 yaşlı şahzadənin İranın üstünlüyünü ləğv etmək üçün bir formul tapıb-tapmadığı aydın deyil.
Səudiyyə Ərəbistanı ilə İran arasındakı qarşıdurma son on il ərzində, özünü doğrultmayan – İraq və Livan, – yaxud ölü dövlətlər – Suriya və Yəmən – daxil olmaqla, bütün Yaxın Şərq bölgəsində baş verir. Hər bir ölkədə xarabalıqlar uğrunda müharibə gedir, Riyad və Tehran isə bütün bu cəbhələrdə üz-üzə gəlirlər.
İndiyə qədər hər bir halda, üstünlük iranlılara məxsus olub. Bu, kor gözlə də görünür.
Livanda “Hizbullah” Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən "14 Mart" ittifaqına qalib gəlib. “Hizbullah”ın Qərbi Beyrutu və paytaxtın ətrafı ərazilərini ələ keçirdiyi 2008-ci ilin may hadisələri səudi müştərilərinin acizliyini göstərib. Suriyadakı vətəndaş müharibəsinə girişindən sonra “Hizbullah” Livanın siyasi sistemindən silinməyəcəyini təsdiqləyib.
2016-cı ilin dekabr ayında “Hizbullah”ın hakim olduğu kabinənin qurulması və bundan iki ay əvvəl “Hizbullah”ın müttəfiqi olan Mişel Aunun prezident seçilməsi İranın bu ölkədə nüfuzunu təsdiqləyib. Riyadın Livanın silahlı qüvvələrinə maliyyə dəstəyini dayandırması və indi Həririnin istefası üçün göstərdiyi təzyiq Səudiyyənin reallığın qəbul edilməsini təsirli bir şəkildə təcəssüm etdirir.
Suriyada İranın prezident Bəşər Əsəd rejimini maliyyə, işçi qüvvəsi və nou-hau ilə təmin etməsi rejimin məhvinin qarşısının alınmasında həlledici rol oynayıb. İranlı vəkillərin səfərbər edilməsi rejimin yeni rəqiblərini məğlub etmək üçün lazım olan könüllü qüvvəni toplamağa imkan verib. Eyni zamanda, üsyançılara kömək etmək üçün Səudiyyə Ərəbistanının böyük rol oynadığı sünni-ərəb səyləri əsasən, xaos və sələfi qrupların yüksəlişi ilə sona çatıb.
İraqda İslam İnqilabçı Keşikçiləri Korpusu (İİKK) rəsmən razılaşdırılmış, müstəqil hərbi güc – 120 min nəfərlik səfərbərlik vahidi (“Haşdi-Şəabi”) yaradıb. Əlbəttə, “Haşdi-Şəabi”də təmsil olanların hamısı milliyyətcə iranlı deyil. Lakin üç əsas digər şiə qrupu – “Kətaib Hizbullah”, “Bədr” və “Əsaib Əhli Həqq” birbaşa İİKK-ə tabedir.
İran, həmçinin Bağdadda siyasi üstünlüyə malikdir. İqtidardakı islamçı Dava Partiyası ənənəvi olaraq iranpərəstdir, “Bədr” təşkilatı möhtəşəm Daxili İşlər Nazirliyini nəzarət edir, bunun sayəsində rəsmi silahlı qüvvələr və milislər arasında sərhədlər silinib. Beləliklə, milislərin ABŞ təlim və avadanlıqlarından faydalanmasına icazə verilib.
Bu arada Səudiyyə Ərəbistanı oyuna qatılma izni alıb: baş nazir Heydər İbadi oktyabr ayının sonunda Riyadda yeni bir Səudiyyə-İraq Əlaqələndirmə Şurasının qurulmasına başlayıb – iyirmi beş illik fasilədən sonra. Səudilərin potensial siyasi müttəfiqlərinin, yoxsa maliyyə dəstəyinin daha çox olduğu hələlik aydın deyil.
Səudiyyəlilərin birbaşa hərbi müdaxilə ilə əllərini sındırdığı Yəməndə nəticələr qarışıqdır. İran tərəfindən dəstəklənən husilər və onların müttəfiqləri 2015-ci ildə Səudiyyə müdaxiləsi nəticəsində ölkənin hamısını fəth edə bilmədilər və həyati əhəmiyyətli Bab əl-Məndəb boğazından püskürdüldülər. Amma Səudiyyə Ərəbistanı, İranın husilərə verdiyi dəstəyin həddən artıq təvazökar olduğunu nəzərə alsaq, bahalı bir müharibədə yerində ayaq döyür.
Bu, Səudiyyə-İran münaqişəsinin xəritəsidir. Bu günə qədər iranlılar Livanda, Suriyada və İraqda uğur qazanır və Yəməndəki Səudiyyənin qanını axıdırlar.
Hər bir kontekstdə, İran həmin ölkədə siyasi və hərbi təsir üçün etibarlı vəkillik qura bilib. Tehran, həmçinin düşmən düşərgəsində də çatlar yaradıb. Məsələn, Tehran sentyabr ayında Kürdüstanın müstəqilliyi referendumunun nəticələrini ləğv etmək üçün sürətlə hərəkətə keçib və sonra kürdləri cəzalandırıb.
İranlılar Tələbani ailəsi ilə uzun müddətdir ki, əlaqə saxlayır və Tələbanilərin Bərzanilərlə rəqabətindən Tələbani-Peşmərgə qüvvələrinin oktyabr ayında Kərkükdən geri çəkilməsini təşkil etmək üçün istifadə edə biliblər. Beləliklə, öz müttəfiqləri üçün neftlə zəngin şəhərə yol açıblar.
Səudilərin əvvəlki uğursuzluqlarından xəbərdar olduqlarına və Yaxın Şərqdə İranın nüfuzunu geri ala bilməyəcəklərinə dair əsaslı sübutlar az deyil. Səudiyyə Ərəbistanı ərəb dünyasında təsirli vəkalət qurmaqda çətinlik çəkir və Məhəmməd bin Salman yalnız indi, yüyəni əlinə aldıqdan sonra hərbi gücü artırmaq üçün hərəkətə keçib. İndiyə qədər tacdar şahzadənin iş-gücü ancaq Livan hökumətindən multikonfessionalizmi çıxarmaq və Yəməndə düşmənlərini təhdid etməkdən ibarət olub. Bunlar əhəmiyyətli rəmzi addımlar ola bilər, amma onlar Riyadı həmişə çatışmayan güclü əllə təmin etmək üçün yetərli deyil.
Birbaşa və ya yerli qüvvələrlə ittifaqda olan iranlıları geri çəkilməyə vadar etmək demək olar ki, Səudiyyə və BƏƏ-dən deyil, Birləşmiş Ştatların iştirakından və Livan məsələsində, bəlkə də, İsraildən asılıdır. Vaşinqton və Tel-Əvivin, xüsusilə müdafiə naziri Ceyms Mattisin ABŞ-ın Suriyanın şərqində qalmağı planlaşdırması, baş nazir Benyamin Netanyahunun İsrailin Suriyada öz təhlükəsizlik maraqlarını tətbiq etməyə davam edəcəyi barədə bəyanatları bu oyunçuların oyundan geri çəkilməyəcəyi deməkdir.
Səudiyyənin davranışı müəyyən şübhə doğurur. Halbuki iranlıların “Axilles dabanı” aydın görünür. Səudiyyə Ərəbistanı ilə İran arasında rəqabətin getdiyi bütün ölkələrdə Tehran şiə və digər azlıqlardan kənarda davamlı ittifaqların inkişafında ciddi çətinliklərə malikdir. Sünnilər, xüsusilə sünni-ərəblər iranlılara güvənmir və onlarla işləmək istəmirlər. İraq şiə siyasi sinfinin bəzi elementləri də Tehranın qanadları altına sığınmağa maraq göstərmirlər.
Vəkilləri dəstəkləmək və İranın nüfuzunu zəiflətmək istəyən fəndgir oyunçu üçün bu mənada yaxşı imkanlar var, amma səudilərin bu oyunu oynaya bilib-bilməyəcəyi aydın deyil. Məhəmməd bin Salman ən azından Ərəb Dünyasında İran və onun vəkillərinə qarşı çıxmağı niyyət edib. Buna görə də oyun davam edir. Səudilərin uğurlu perspektivləri onların müttəfiqlərinin siyasi və proksi müharibə metodlarında çiyin-çiyinə döyüşmək istəyindən asılı olacaq.