Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə və İran arasında gərginlik:"Polemika mediadan kənara çıxmasın!"

Foreign ministers, Mevlut Cavusoglu (2nd L) of Turkey and Mohammad Javad Zarif (R) of Iran, attend a meeting in Moscow, Russia, December 20, 2016. REUTERS/Maxim Shemetov - RTX2VUBT

 

Türkiyə prezidenti "fars millətçiliyi"ni Yaxın Şərqdə böhranlar yaratmaqda ittihamladı. Sonra xarici işlər naziri İranı regionda "məzhəb müharibəsi" aparmaqda suçladı.

Yenixeber.org:   Rəcəb Tayyib Ərdoğanın hökumətinin bu ritorikası ABŞ prezidenti Donald Trampın xəbərdarlığı və Rusiyanın Suriya ilə bağlı danışıqlarda İranın ambisiyalarının cilovunu çəkməklə üst-üstə düşür.

Bu musiqi bütün səviyyələrdə Tehrana qarşı hücumu gücləndirmiş Səudiyyə Ərəbistanı – İranın regional düşməni üçün ifa edilir.

Lakin analitiklər xəbərdar edir ki, Ankara cəsarətlənərək köhnə rəqibi üzərinə hücuma keçməzdən əvvəl dostlarının səmimiliyinə əmin olmalıdır.

İran və Türkiyə heç vaxt dost olmayıblar. Biri teokratiya, digər dünyəvi respublikadır. Birində əhalinin əksəriyyəti şiələr, digərində sünnilərdir. Lakin iki regional güc çətin günlərdə belə ədəbli görüntünü təmin ediblər.

Analitiklər "Middle East Eye"ə deyiblər ki, ABŞ və Rusiyanın İrana dair mövqeləri Türkiyə kimi regional dövlətlərin mövqeyinə açıq təsir edir, lakin həm Ankara, həm də Tehran Tramp və Putinin nə istədiyi barədə aydın təsəvvürə malik olmalıdır.

Əhməd Qasim Xan, beynəlxalq münasibətlər üzrə ekspert deyir ki, yüksək rütbəli ABŞ rəsmiləri, o cümlədən CIA baş direktoru və ABŞ generalının Türkiyəyə səfərindən sonra Ankara məhz belə davranmalı olduğunu düşünüb.

Xan deyir: "Çox güman ki, bu səfərlər zamanı Türkiyəyə müəyyən məlumatlar verilib, lakin unutmayın ki, ABŞ-ın ritorikasına baxmayaraq, o özü İrana qarşı hər hansı tədbirə əl atmayıb". Lakin Xanın fikrincə, Türkiyənin İrana dair mövqeyini Tramp administrasiyasının mövqeyindən fərqləndirmək yanlışlıq olardı. "Türkiyə artıq bir müddətdir ki, mühasirədə olduğunu hiss edir. İran İraqda və Suriyada böyük ölçüdə təsirə malikdir və bu iki ölkəyə dair xarici siyasətində uğursuzluqlar Ankaranın əsəblərinə toxunur.

Bu mühasirədən özünü azad etmək üçün fürsətin yetişdiyi güman edilir, lakin son illərdə xarici siyasətdə qazandığı bir neçə uğuru zədələməmək üçün ehtiyatlı davranmaq lazımdır".

İstənilən region ölkəsi üçün əsas məsələ budur: Tramp və ya Putinə nə dərəcədə etibar etmək olar?

Arif Keskin, Türkiyənin müxtəlif "beyin mərkəzləri" ilə işləyən Yaxın Şərq və İran üzrə ekspertdir. O deyir ki, İranın dağıdıcı məzhəb siyasəti Ankaranı hərəkət etməyə məcbur edib və Türkiyənin təzyiqi, şübhəsiz, nəticələr verir.

"İran region ölkələri üçün qeyri-sabitlik yaradır. Onun İraq, Yəmən və digər yerlərdə nə etdiyinə baxın. Həm də bu ölkələrin Türkiyə ilə əlaqələrinə zərər verməyə çalışır", – A.Keskin deyib.

Onun fikrincə, Türkiyənin mövqeyini dəyişməsinin Trampla heç bir əlaqəsi yoxdur. Sadəcə Ankaranın hövsələsi daralıb. 

Əhməd Qasim Xan deyir ki, Türkiyə Səudiyyə Ərəbistanı və Körfəz ölkələri ilə güclü əlaqələrə malikdir. Türkiyə hətta ötən ilin aprelində Qətərdə hərbi baza yaradıb.

Xanın fikrincə, Qətərdə Türk hərbi varlığı Səudiyyə və Bəhreyni sakitləşdirmək və inandırmaq üçündür ki, hər hansı bir müdaxilə zamanı Türkiyə onlara kömək əlini uzadacaq.

Belə bir rəy var ki, Rusiya da İranın əlini zəiflədə bilər.

Dimitar BeçevAtlantik Şurasının baş elmi işçisi bildirib ki, Rusiya bəlkə də Astana prosesində İranın mövqeyini zəiflədərdi, lakin ciddi məhdudiyyətlərdən çəkinir.

"[Tehran və Moskva arasında] münasibətlər problemsiz deyil. Hər bir tərəf Dəməşqdə nüfuz mübarizəsi aparır. Lakin Rusiya və İran bir-birini tamamlayan aktyorlardır və onların rəqabəti müəyyən çərçivədə qalacaq", – Beçev deyib.

Xanın sözlərinə görə, güman ki, Türkiyə Astana danışıqları zamanı müşahidə olunan Moskva və Tehran arasındakı nüfuz savaşını müşahidə edib və Moskva ilə yaxınlaşmağa başlayıb. 

Ekspert deyir ki, Suriyada İranın yerini kiçiltməmək gərəkdir, çünki o, Dəməşqdə əhəmiyyətli rola malikdir.

"İran rəsmiləri Dəməşqi itirməkdənsə, ərəb dünyasının yerdə qalan hissəsini itirməyə razıyıq" dedikdə zarafat etmirlər".

D.Beşev və Ə.Xan həmfikirdirlər ki, Rusiya Suriyada İranın əlini zəiflətməyə, lakin Tehranla ittifaqı ciddi şəkildə pozmamağa çalışır. Üstəlik, Moskva imkan verməyəcək ki, İranın Tramp administrasiyası ilə yaxşı əlaqələri yaransın.

"Moskva və Tehranın qırmızı xətləri olacaq, digər aktyorlar kiçik güc nümayişlri ilə bu xətləri keçməyə çalışacaq", – Xan deyib.

Analitiklər Türkiyə və İran arasında ciddi gərginlik gözləməsə də, Vaşinqton və Moskvaya inanan region ölkələrinə bu güclərə etibar etməməyi tövsiyə edir.

"Böyük güclərin İranla sərhədi yoxdur. Türkiyənin isə var. Buna görə də ehtiyaytlı olmaq lazımdır ki, sərhədlərdə qaynar nöqtələr yaranmasın".

Hətta sərt mövqe sərgiləməyin tərəfdarı olan A.Keskin deyir: "Bu polemika mediada qalsa yaxşıdır".

Surac Şarma

 

"Middle East Eye"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam