Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya silahlarının Azərbaycana təchizatı ABŞ-ı narahat etmir

 

 

ABŞ Rusiya silahlarının Azərbaycana təchizatına göz yumur, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır

 

Yenixeber.org: Bu barədə ABŞ-ın Rusiya müdafiə sektoru müəssisələri ilə sövdələşmələrə görə dünyanın istənilən ölkəsinin fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq ediləcəyinə dair qərarını şərh edərkən Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanyuk deyib.

Ekspert hesab edir ki, ABŞ Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil.

“Ermənistana münasibətdə isə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür. Amerikalılara bu regionda daim gərginlik lazımdır və hər şey edəcəklər ki, ölkələr arasında balans pozulmasın. Bir tərəfdən, ABŞ Rusiya silahlarının Azərbaycana təchiatı ilə bağlı susacaq, digər tərəfdən, bu yolla Ermənistanı cəzalandıracaq. Lakin yaddan çıxarmaq olmaz ki, ermənilərin ABŞ-da güclü diasporu var və onlar bu sanksiyalardan yan keçməyin yollarını tapacaqlar. Bundan başqa, Bakı kimi Yerevan da Rusiya silahlarını üçüncü ölkələr vasitəsilə əldə edə bilər.

Bir sözlə, nə Azərbaycan, nə də Ermənistan Rusiya silahlarının çatışmazlığını hiss etməyəcəklər. Amma türklərin işi çətin olacaq, çünki ABŞ əvvəlcədən Rusiya silahlarının Türkiyəyə təchizatının əleyhinə idi və S-400 komplekslərinin bu ölkəyə çatdırılması çətinəşəcək. Lakin heç bir sanksiyaya baxmayaraq, Rusiya dünyanın ən böyük silah təchizatçılarından biri olaraq qalır və qalacaq”, - A.Tsıqanyuk deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam