Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qüds BÖHRANI- Tramp Yaxın Şərqdə Putinə uduzur?

“Qüdsü İsrailin paytaxtı kimi tanımaqla Tramp odla oynayır. Bu hadisə “böyük razılşamanın” əldə olunması ehtimalının üstündən xətt çəkir. Bu prosesdən xeyir götürən şəxs isə Putin olacaq”.

 

Yenixeber.org: Bu barədə Almaniya KİV-i Donald Trampın Qüdslə bağlı addımını şərh edərkən yazıb.

 

“Ağ Evin başına gələn kimi Tramp İsrail və Fələstin arasındakı münaqişəni əmlak sövdələşmələri zamanı imzalanan “böyük razılaşma”  yolu ilə həll edəcəyini demişdi. Məhz bunun üçün o öz nümayəndələrini tez-tez regiona göndərirdi. Onlar münaqişə tərəflərinin maraqlarını öyrənən makler rolunda idilər. Təktərəfli İsrailyönlü addımı ilə Tramp neytral vasitəçilik rolundan ofsayda getdi. O, münaqişəni daha da qızışdırdı” –deyə siyasi şərhçi Pyer Hoyman öz məqaləsində qeyd edib.

 

“7 il öncə İordaniya kralı Abdillahın münaqişə ilə bağlı dediyi sözlər bu gün çin olur. Sanki monarx hazırda regionda baş verəcək hadisələri o zaman görmüşdü. İordaniya kralı Qüdsdə sülhün təmin olunmadıqca, bütün regionun stabilliyə həsrət qalacağını və hər bir yeni ABŞ prezidentinin ən çətin məqamda belə, tərəfləri birləşdirəcək doğru addımları atmasını vacib bilmişdi”-deyə məqalədə qeyd olunur.

“Amma keçmişdə əmlak satışı ilə məşğul olan Tramp bu haqda düşünmür və əksinə, tərəfləri bir-birindən ayrı salmaqla məşğul olur. Hətta onun Yaxın Şərq problematikasını bütün dərinliyi ilə bilmədiyini nəzərə alsaq belə, keçmiş həyatında tez-tez rastlaşdığı – “kim güzəşt edirsə, əvəzində özü də güzəşt istəyir” prinsipini unudub. Qüdsü İsrailin paytaxtı kimi tanımaqla yanaşı, Tramp tərəflərə bunun əvəzinə heç nə təklif etmir. O, İsrailə dəyərli hədiyyə etsə də, praktiki baxımdan bunun heç bir önəmi yoxdur. Çünki de-fakto Qüds çoxdan yəhudi dövlətinin paytaxtıdır”.

 

Məqalə müəllifinin fikrincə, Yaxın Şərqdə sülh modellərinin sayında problem yoxdur.

“XX əsrdə Qüds üçün 40 sülh planı hazırlanmışdı. Fələstin tərəfində İsrailin maraqlarını nəzərə almaq və təklifləri öyrənmək gücü çatmırdı. Məsələn, İsrail Qüdsü bölməyi təklif etsə də, nə Yasir Ərəfat, nə də Mahmud Abbasın bu kompromisə getməyə siyasi iradəsi  çatmışdı. Bunun əvəzinə onlar ya hər şey, ya da heç nə prinsipini irəli sürmüşdülər və buna görə məşğul oldular”.

 

Pyer Hoyman İsrailin Qüdsü öz paytaxtı elan etməsini “tarixi hadisə” saymasına baxmayaraq, zorakılığın artmasından ehtiyat edir və Putinin təsirinin artacağını yazır.

“Əgər ABŞ vasitəçi missiyasını itirsə, bu rol Rusiyaya çatacaq. Kreml Orta Şərqdə, Suriyadan İrana və Misirə qədər öz rolunu sistematik olaraq artırır. Fələstin hələ ki Şərq siyasətinin mərkəzində deyil. Amma o, belə təklifdən imtina edən deyil”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam