Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstandan Qüds məsələsində Trampa dəstək

Gürcüstandan Qüds məsələsində Trampa dəstək

 

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Şota Şalelaşvili ölkə hökumətinə açıq məktub ünvanlayaraq, Qüdsü İsrailin paytaxtı kimi tanımasını xahiş edib

 

Yenixeber.org: Bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

“Gürcüstanın başlıca strateji əməkdaşı ABŞ prezidenti Donald Tramp və onun administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ölkə hökumətinə böyük siyasi dayaq nümayiş etdirdi. Bu məsələnin müzakirəsini ən qısa zamanda Gürcüstan hökumətində də qaldırmağınızı xahiş edirəm”, - deyə deputat məktubunda bildirib.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deputatın açıq məktubuna cavabında bildirib ki, hakim partiyanın nümayəndəsinin hökumətə bu cür müraciət forması qəbuledilməzdir. Məsələnin özü isə olduqca həssasdır və ciddi müzakirə tələb edir.

“Bu, çox həssas məsələdir. Biz bu məsələni müzakirə edəcəyik və Gürcüstan ölkənin marağından irəli gələrək, öz mövqeyini bildirəcək”, - deyə baş nazir vurğulayıb. 

Xatırladaq ki, dekabrın 6-da  ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını elan edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam