Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rusiyalı deputatlar Ermənistan əleyhinə iddia qaldırmaq niyyətindədir

Rusiyalı deputatlar Ermənistan əleyhinə iddia qaldırmaq niyyətindədir

 

Rusiya Dövlət Dumasının deputatlarından, Rusiya İctimai Palatasının üzvlərindən, ekspertlərdən və hüquqşünaslardan ibarət bir qrup şəxs Beynəlxalq Ədalət Məhkəməsinə müraciət hazırlanması üçün bir araya gələcək

 

Yenixeber.org: İşçi qrupunun rəhbəri, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deputatların və İctimai Palatanın üzvlərinin dünya ictimaiyyətini nasistləri və onlarla əməkdaşlıq edənləri qəhrəmanlaşdıran ölkələrə hüquqi qiymət verməyə çağırmaq niyyətində olduğunu bildirib.

"Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın da əleyhinə iddia qaldırılacaq. Artıq Ermənistanda Qaregin Njde və Drastaman Kanoyanın əbədiləşdirilməsi faşizm tərəfdarlarının qəhrəmanlaşdırılması kimi qəbul edilir. Ermənistanlı həmkarlarımızı Njdenin abisəsini ləğv etməyə çağırırıq. Ermənistanda belə adamlara abidə ucaldılırsa, Rusiyadan yardım ummağa, "soyqırımı" məsələsində dəstək istəməyə gərək yoxdur", - S.Markov deyib.

O, işçi qrupunun insanlığa qarşı cinayətlərə görə ittiham edilməli olan şəxslər barədə faktiki materiallar hazırlayacağını açıqlayıb.

"Qrupumuz icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə işləyəcək. Əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırıq. Bu, zəruridir, çünki KİV-də, təəssüf ki, faşizmin tərəfdarlarının addımlarını ört-basdır eləmək cəhdləri var", - S.Markov əlavə edib.

Nasizmin informasiya sahəsində təqibi məsələsinin əhəmiyyətini Rusiya və Belarus İttifaq dövlətinin İctimai Palatasının üzvü, tarixçi Dionis Kaptar da dəstəkləyib. Onun fikrincə, ictimaiyyət "vicdansız təbliğat" yolu ilə aldadılır.

"Axı ermənilərin əksəriyyəti Njdeni Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan şəxs kimi tanıyır. Amma onun terrorçu olduğunu və kollaborsionist (düşmənlə əməkdaşlıq edən xain - red.) kimi dünyadan köçdüyünü bilmirlər", - D.Kaptar bildirib.

Öz növbəsində, Rusiya Dövlət Dumasının deputatı İldar Bikbayev Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması və onun tərənnümünün gənclərin başını aldatmaq məqsədilə edildiyini vurğulayıb: "Bu vəziyyət ötən əsrin 30-cu illərinin əvvəllərində Almaniyada olan durumla çox oxşardır. 

O zaman nasistlər gündəm olmağı bacarmışdılar. İndi isə Rusiyanın perimetri boyunca yerləşən ölkələrdə eyni yolla nasistlərin hakimiyyətə gələ biləcəyi ilə bağlı narahatlıqlar var".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam