Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ERMƏNİLƏRİN NAXÇIVAN QORXUSU:"Rusiya Naxçıvanı bu dəfə Türkiyəyə təhvil verir" - TƏHLİL

Aykazn Qagikyan

lragir.am (Ermənistan), 09.10.2017

   

Yenixeber.org: Ermənistan parlamenti keçən həftə Rusiyann Gümridəki 102-ci bazası və Ermənistanın 5-ci ordu korpusunun daxil olduğu birləşmiş Ermənistan-Rusiya qruplaşması haqda sazişi təsdiqləyib. Saziş qruplaşmanın fəaliyyəti, idarəçiliyi və s. şərtlərini tənzimləyir. Müxtəlif cür yozula biləcək maddələr, xüsusən də fikir var ki, saziş Ermənistan ordusunun imkanlarını məhdudlaşdırır.

Rusiya ekspertləri qeyd edirlər ki, birləşmiş qruplaşma Ermənistanın müdafiəsi, xüsusən də Türkiyə və Naxçıvan tərəfdən təhlükələr üçün nəzərdə tutulub. Rusiya eksperti Yevseyev deyir ki, Rusiya ehtiyac yarandığı halda hərbi iştirakını artıra bilər. Həm də Gürcüstan üzərindən dəhliz bağlansa, Rusiya hərbi iştirakı artırmaq üçün Ermənistan-İran sərhədindən yararlanacaq, bununla da Türkiyə və Naxçıvan tərəfdən təhlükələr aradan qalxacaq.

Türkiyə Naxçıvanda siyasi, iqtisadi və hərbi iştirakını artırmağa başlayandan sonra bu ərazi Rusiya ekspert cəmiyyətinin diqqət mərkəzində görünür. Bir sıra təlimlər baş tutub, Naxçıvanda, faktiki olaraq, türk mütəxəssislərin “komanda” verdiyi Əlahiddə Ordu yaradılıb. Naxçıvanda Rusiyanın müasir silahları yerləşdirilib, ekspertlərin fikrincə, bu silahlar hətta İrəvanı vura bilər.

Bundan başqa, Türkiyə Naxçıvanda ticarət təmsilçiliyi açaraq oranı iqtisadiyyatca intreqrasiya etməyə çalışır.

Naxçıvanın indiki statusu keçən əsrin əvvəlində Rusiya-Türkiyə arasındakı Qars müqaviləsi ilə müəyyən olunub və o, “Azərbaycanın protektoratı altında” muxtar vilayət adlanır. Yəni o, Türkiyə və Rusiyanın zamin durduğu protektoratdır.Rusiya, faktiki olaraq, Naxçıvanı ikinci dəfə “təhvil verir” – bu dəfə Azərbaycandan Türkiyəyə.

Naxçıvan özəl bir bölgədir. Bu, bölgənin açılmasına imkan verməyən, Rusiya-Türkiyə status-kvosunun məntiqində Ermənistanın təcridini təmin edən böyük bir tıxacdır.

Naxçıvan nəzəri olaraq “açılsa”, köhnə kommunikasiyalar fəaliyyətə başlayacaq, yeniləri isə bölgəni Avropa ilə bağlayan marşrutlar qazana bilər.Bu, Rusiya-Türkiyə status-kvosu və Qafqazda indiki təhükəsizlik sisteminin sonu ola bilər.

Türkiyə Suriya böhranından sonra arxa cəbhəsini möhkəmlətməyə çalışaraq Naxçıvanda hərbi iştirakını çoxaldıb.

Hazırda 1920-ci illər siyasətinin bəhrəsinin “dadına baxan” Rusiya Naxçıvanı Ermənistan-Rusiya qruplaşması ilə “qorumağı” qət edib. Hansı məqsədlə  – “tarixi yanlışlığı düzəltmək”, yoxsa Qars müqaviləsini “möhkəmlətmək” üçün?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam