Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Suriya Rusiya üçün Əfqanıstana dönür:minlərlə cəsəd... itkilər və xərclər getdikcə çoxalır - Təhlil

Şəkildəki titrdə: "Qanlı rus cəlladları dinc sakinləri diri-diri yandırırlar"

 

İslam İmad

 Map news (Səudiyyə Ərəbistanı), 01.10.2017


Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin iki il əvvəl Suriyaya hərbi müdaxiləyə başlayıb. Hərbi müdaxilənin ən önəmli qəsdi Rusiya müttəfiqi Bəşər Əsədi süqutdan qorumaq və Suriyada sürətli qələbəyə nail olmaq idi. Ölkənin Əfqanıstandakı kimi Suriyada da tədricən sürəkli savaşa cəlb edilməsi xüsusunda Rusiyanın əndişəsi var idi. Sovet İttifaqı  1979-cu ildə 10 ildən çox davam edən və on minlərlə sosvet əsgərinin həlakına səbəb olan savaşa sürüklənmişdi.

“Rusiya imperiyası”nı yaşamağa şövq edən sürətli qələbə haqda xülyadan savayı Sovet İttifaqının axırına çıxmış “Əfqanıstan uyuğu” da var. Rusiya ordusu Suriyada artıq iki ildir əsgər və mülki şəxslərin ölümün davam etdiyi hərbi əməliyyatlar aparır.

 

Minlərlə ölü

 

Rusiyanın Suriyaya hərbi müdaxiləsinin iki ili boyunca yarısı qadın və uşaq olmaqlabeş mindən çox Suriya vətəndaşı Rusiya hərbçiləri tərəfindən qətlə yetirilib. Bundan başqa, 251 kütləvi qırğın və xəstəxana, məktəb və məscid kimi mülki obyektlərə 707 hücum həyata keçirilib. Əsəd rejiminə dəstək üçün Rusiya hərbi müdaxiləsinin iki ili ərzində 5233 dinc sakin, o cümlədən 1417 uşaq və 886 qadın həlak olub. Bəzi məlumatlara görə, Rusiya hərbçiləri 47 tibb işçisini, o cümlədən 8 qadını, həmçinin 24 mülki müdafiə üzvünü və KİV-lərin 16 təmsilçisini qətlə yetirib.

Rusiyanın həmlələri bombardman və dağıntıdan qaçan 2,3 milyon adamın yerdəyişiminə səbəb olub.

 

İnsan itkiləri

 

Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra onun ən önəmli insan itkisi İŞİD terror təşkilatı yaraqlılarının Suriyanın şərqində Deyr-əz-Zor şəhərinin yaxınlığında həyata keçirdiyi atışmanın gedişində Rusiya SQ 5-ci ümumqoşun ordusunun komandiri, general-leytenant Valeri  Asapovun baş vermiş həlakı olub. Rusiya generalının öldürülməsi Suriyaya hərbi müdaxilədən sonra Rusiyanın ilk itkisi deyil.Reuters agentliyinin martda dərc edilmiş hesabatında Suriyada həlak olmuş Rusiya hərbçilərinin gerçək sayı açıqlanıb və bu, Rusiya Müdafiə Nazirliyinin səsləndirdiyi rəqəmi üç dəfədən də çox üstələyir. Rusiya Müdafiə Nazirliyi Suriyada 10 əsgərin həlakını bildirdiyi halda həlak olmuşların gerçək sayı 40 nəfərdən az deyil.

 

Maliyyə itkiləri

 

Rusiya müxalifəti Suriyada sürən Rusiya hərbi iştirakı üzündən Rusiya xəzinəsi üçün təhlükələr haqda xəbərdarlıq edib. Müxalif “Alma” (“Яблоко”) partiyası iddia edir ki, Rusiya Suriyada hərbi əməliyyatlara 188,5-194,3 milyard rubl (təxminən, 3,25-3,3 milyard dollar) sərf edib. Döyüş təyyarələrinin, qanadlı raketlərin uçuşu, hərbi texnika itkisi, şəxsi heyətin saxlanması, həlak olanlar və yaralıların ailələrinə ödənişlər, həmçinin “Admiral Kuznetsov” aviadaşıyıcısının Suriya səfəri hesablamaya daxil edilib.

Rusiya siyasi-coğrafi araşdırmalar Mərkəzinin rəhbəri Nikolay Petrov deyib:“Suriyadan müsbət effekt tükənib və mənfisi güclənir və ancaq  artacaq”.

Petrov bildirib: “Çox ehtimal ki Kreml Suriyada müharibəni seçkilərdən qabaq qurtarmağa cəhd edir ki, qələbəni xalqa nümayiş etdirsin”.

O xatırladır: “Müdafiə Nazirliyi məlumat verib ki, Suriyadakı əməliyyatların məsrəfi təlimlərə ayrılmış büdcə ilə kifayətlənir. Və artıq indi aydındır ki, belə deyil. Resurslar getdikcə daha çox sərf olunur, qayıdanı isə getdikcə lap az müşahidə olunur”.

Tərcümə: (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam