Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin 60 minlik “müsəlman ordusu”nu Suriyaya yeridir –Səudiyyə mənbələri

 

rus ordu

Rusiya əsasən Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik “müsəlman ordusu”nu Suriyaya yeritmək üçün hazırlayıb.

Yenixeber.org:  Bu haqda Səudiyyə Ərəbistanının “Al Watan” qəzeti “mötəbər mənbələrə” istinadla yazır. Bu ordu əsasən sünnü-müsəlmanlardan ibarətdir. Bildirilir ki, həmin qüvvələrinin bir qismi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu “Turan” batalyonu yaradılıb.

“Business İnsider” nəşri isə Rusiyanı Suriyadakı hərbi iştirakını getdikcə artırdığını bildirir. Nəşrin yazdığına görə Suriyada Rusiya bazaları genişlənir, habelə Kremlin adından Bəşər Əsəd üçün döyüşən özəl hərbi şirkətlərin sayı artır. Diqqəti cəlb edən fakt budur ki, Suriyaya Çeçenistan və İnquşetiyadan yeni-yeni dəstələr göndərilir. Məqsəd İran döyüşçülərini sıxışdırmaqdır.

Xatırladaq ki, Rusiya Suriyada hava əməliyyatları ilə kifayətlənəcəyini və quruda döyüşlər aparmayacağını elan etmişdi. Lakin hava əməliyyatlarının gözlənilən nəticəni verməməsi Rusiyanı məcbur edib ki, Suriyaya həm xüsusi təyinatlılardan ibarət məhdud kontingent, həm muzdlulardan ibarət “özəl ordular” göndərsin.

Nəşrin yazdığına görə hazırda Moskva bütün Suriya boyu sünnü-müsəlmanlardan seçilmiş xüsusi təyinatlı quru qüvvələrini yerləşdirməkdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam