Kürdləri kimlər qızışdırır?- Bərzaninin arxasındakı güclər
Yenixeber.org: Heç kimə sirr deyil ki, separatçı hərəkətların arxasında müəyyən xarici qüvvələr durur. Bu, günümüzün reallığıdır. Böyük güclər nə qədər bəyan etsələr ki, separatizmin əleyhinədirlər, müstəqil dövlətlərin ərazi bütövlüyündən yanadırlar, amma maraqlar üstün gələn zaman bunu gözardı edilir.
Separatizmə gedən yolda beynəlxalq güclər tərəfindən dəstəklənmək həyati məsələdir. Bu idealların həyata keçirilməsi üçün mühüm faktordur. Belə bir dəstək olmadan heç bir etnik kəsim separatizm yolu ilə gedə bilməz.
Kürd separatizmi də uzun müddət həm böyük, həm də regional güclər tərəfindən idarə olunur. 2011-ci ildən sonra kürdlərlə böyük güclərin münasibətləri yeni mərhələyə qədəm qoyub. Əksər liderlər gizli şəkildə kürd separatizmini dəstəkləyir. Məhz, bunun nəticəsidir ki, kürdlər müstəqillik qazanmaq üçün referendum keçirə bildilər. Təəssüf ki, dünyanın hegemon dövlətləri separatizmə haqq qazandırır, müstəql dövlətlərin ərazi bütövlüyünü görməzdən gəlirlər.
Politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, kürd separatizmi böyük güclər tərəfindən dəstəklənməsə, onlar heç vaxt bu yerə gəlib çıxa bilməzdilər:
“Hesab edirəm ki, az qala bütün dünyanı qarşısına alan kürdlərin bu separatçılığı müəyyən qüvvələr tərəfidən himayə olunur. Hər bir separatçı rejimin arxasında müəyyən qüvvələr durur. Rusiya hər zaman kürdlərə dəstək verib. SSRİ dövründə də sıx əlaqələrə malik olublar və onları türklərə qarşı qaldırıblar. Bu gün də kürdləri dəstəkləyən qüvvələr var və onlar buna arxalanaraq, referenduma getdilər.
Digər bir məsələ bundan ibarətdir ki, Kürdüstan ərazisi neftlə zəngindir. İraqın əsas neft və qaz mənbələri orada yerləşir. Bunu müəyyən transmilli koorparasiyalar yaxşı başa düşürlər. Təbii ki, onlar kürd qalmaqalının olmasında maraqlıdırlar. Oyuncaq bir qurum yaratmaqla planlarını daha asan icra edə biləcəklərini hesab edirlər”.
F.Sadıqov vurğulayıb ki, kürdlər himayə olunmasaydılar, belə əsla referendum keçirə bilməzdilər: “Doğrudur, açıq şəkildə himayə olunmasalar da, onlara gizli, əl altından dəstək verilir. Bu, danılmaz faktdır. Əks təqdirdə heç bir separatçı qüvvə müstəqil dövlətin ərazisində belə bir addım atmağa cürət edə bilməzdi. Vaxtilə Dağlıq Qarabağ problemi gündəmə gələndə separatçılar Moskvada rəhbərlərlə danışmışdılar. Qorboçovun özü buna razılıq vermişdi ki, Azərbaycanın tərkibindən çıxa bilərsiniz. Ancaq, Qorboçov rəsmi şəkildə bəyan edirdi ki, bu, separatçılıqdır. Siyasətdə, beynəlxalq münasibətlər sistemində və tarixdə belə faktlar çoxdur. Ona görə də kürdlər də öz başına deyillər, onları idarə edən qüvvələr var”.
Elvin Abdulqədirov