Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Eldar Mahmudovu xarici və ölkə daxili güclər müdafiə edir" -Sabiq MTN-çidən şok açıqlama

 

eldar-mahmudov

 “Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur”

Yenixeber.org:  2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan “təmizləmələr” son nəticədə qurumun birdəfəlik ləğvi ilə yekunlaşdı. Amma sabiq nazir Eldar Mahmudov bu günə qədər istintaqdan kənar qala bilib. Bu fakt zaman-zaman sabiq nazirin reanimasiya oluna biləcəyi haqda məlumatların dövriyəyə girməsinə yol açır. Bu günlərdə sabiq nazirin keçmiş cangüdənlərini, mühafizəçilərini işə qaytarması xəbəri bir daha yenidən vəzifəyə gətiriləcəyi haqda iddiaları artırıb.

Sulhaddin_Akbar_050908 (1)Milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər deyir ki, Azərbaycan, ölkəmizin yerləşdiyi region çox həlledici mərhələyə daxil olub: “İçində olduğumuz il, qarşıda gələn il dünya, region və Azərbaycan üçün sınaq illəridir. Ölkəmiz çox çalxantılı dönəmə girib. Ona görə də Azərbaycan siyasətində ziqzaqları görməyimiz labüddür. Azərbaycan böyük okeanda olan kiçik bir qayıqdır. Azərbaycan böyük geopolitik qarşıdurma təsiri altında o tərəfə, bu tərəfə gedəcəkdir. Xarici təsirlər Azərbaycan daxilində çox açıq şəkildə hiss olunacaq. Azərbaycan stratejigücünə görə kişik, zəif dövlətdir. Müstəqilliyini yeni əldə edib, torpaqları işğal altındadır, müharibə şəraitindədir. Xarici təsirlər ölkə daxilində hiss olunacaq və ölkə daxilində marağı olan böyük dövlətlərın hər birinin ”5-ci kolon”u var və çox aktiv şəkildə fəaliyyətdədir. Azərbaycanda eyni zamanda xarici və regional güclərin gizli savaşı gedir. Bu gizli savaş İran məsələsinə görə aktivləşəcək. Yaxın zamanlarda çox ciddi hadisələrin şahidi olacağıq və Eldar Mahmudovun MTN-də bu qədər ağır cinayətlərin baş verməsinə, sübut olunmasına baxmayaraq, ümumiyyətlə prosesə cəlb olunmaması çox böyük suallar yaradır. Bu o deməkdir ki, Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur. Bu, açıq şəkildə ortadadır. Azərbaycanda proseslərin gedişiatından asılı olaraq Eldar Mahmudovun reanimasiyası mümkündür”(musavat.com).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam