Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Mitinqlə bağlı hər hansı müzakirə aparılmayıb" -Elman Fəttah

87a56556-41ff-485b-982e-41e4cea3dbc5_292 (1)

“Milli Şuranın keçirəcəyi mitinq Müsavat Partiyasında müzakirə olunmayacaq”.

Yenixeber.org:  Bunu “Report”a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib.
O bildirib ki, Milli Şuranın mitinqi ilə bağlı Müsavat Partiyasında hər hansı müzakirə aparılmayıb, aparılacağını da düşünmür: “O cür müzakirədə iştirak etməyə həvəsim də yoxdur”.
E.Fəttah qeyd edib ki, Müsavat Partiyasının mitinq keçirməsi ilə bağlı müzakirələr aparılır: “Mitinqin keçirilməsi üçün vaxt təyin etməmişik. Bilirsiniz ki, bloger Mehman Hüseynovun həbsindən sonra onun qardaşı Emin Hüseynov müxalif düşərgənin birgə mitinq keçirməsi təklifi ilə çıxış etmişdi. Müsavat Partiyası bu təklifə müsbət yanaşmışdı. Ona görə bu yöndə hazırlıqlara başlamışdıq. Amma digər təşkilatlar birgə mitinq keçirilməsinə qarşı olduqları üçün təklif reallaşmadı. Müsavat Partiyasının mitinq keçirib-keçirməməsi məsələsi isə müzakirə olunur”.
O bildirib ki, müzakirələr partiya daxilində aparılır: “Mitinqlə bağlı müzakirələr başqa təşkilatlarla aparılmır. Çünki bu cür müzakirələr əvvəllər də aparılıb, amma effekt verməyib”.
Qeyd edək ki, Milli Şura aprelin 9-na mitinq təyin edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam