Şəffaflıq və korrupsiya dərsi-Media, yoxsa Rüfət Aslanlı haqlı çıxdı?
Rauf Arifoğlu: "Bizim pulların və qəzetlərin taleyi R.Aslanlının dodaqlarını arasından çıxacaq sözdə idi..."
Yenixeber.org: Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı haqqında ölkə mətbuatında zəlzələ effekti yaradan material tirajlanmışdı. Həmin yazıda R. Aslanlının dəbdəbəli həyat tərzindən və heyrətamiz hobbisindən bəhs olunurdu:
"...Rüfət Aslanlı xarici ölkələrin birində olarkən oranın ən bahalı və əsasən dünyanın zəngin iş adamlarının tez-tez ziyarət etdikləri adlı - sanlı restoranların birində özünə bahalı ad günü təşkil edir. Yəni bu cür restoranlarda ad günləri və ya bu kimi tədbirləri adətən Türkiyənin və ya dünyanının tanınmış iş adamları təşkil eidr. Restoranın imic baxımından bahalı olması səbəbindən burada hər hansı bir tədbir keçirmək hər insana qismət olmur.
R.Aslanlı bir neçə saatlıq yeyib-içmək üçün restorana 25 min ABŞ dolları hesab ödəyir. Qeyd olunan hesab restoranın rəsmi qəbzlərində olan rəqəmlərdi, Azərbaycanlı mentalitetmizi nəzərə alsaq, bu məbləğin 10-20 faiz civarında ofisantların bəxşişlərinin rəsmi olmadığı üçün hesaba qata bilmirik. Amma inanmaq olmur ki, zəngin həyat tərzinə alışqan olan Aslanlı bədxərclik edib ofisantlara bəxşiş verməsin".
Biz R. Aslanlının həmin restorandakı macərları ilə bağlı daha maraqlı informasiya əldə etmişik. Sən demə, İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan "Sunset" restoranında VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş. Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub. Həmin cəlbedici təklif də bahalı "Petrus" şərbalarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə "yox" deyə bilməyiblər...
Yeri gəlmişkən, yeni informasiyalara çıxış üçün axtarışlarımız zamanı bir neçə ay öncə "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun R. Aslanlı haqqında əslində sensasiya hesab olunacaq yazısına müraciət etmək qərarına gəldik. "Manat və qəzet Aslan ağzında" başlıqlı həmin yazıda R. Arifoğlu əslində MBNP rəhbərinin yersiz hikkəsini və hətta Prezident İlham Əliyevə meydan oxumaq kimi yozula biləcək ehtiyyatsız açıqlamasını ifşa etmişdi:
musavat.com/news/manat-ve-qezet-aslan-agzinda-bir-goruse-sozardi_434823.html
...Bütün bunları dedik, Vüsalə Mahirqızı gözəl və arqumentlərlə dolu bir çıxış etdi (onun arqumentlərinin bəzilərini yuxarıda öz adımdan ümumiləşdirmişəm). Lakin hörmətli Rüfət Aslanlı bunların qarşılığında bizi gözəlcə iynələdi: “Bəs, indi sizlər şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən necə yazacaqsınız, özünüzə bu ayrıcalığı tələb edirsinizsə?”
Təbii ki, cavab verdik. Onu da dedik ki, prezident, ölkədəki çətin vəziyyətə baxmayaraq, Fond yaradıb, yazılı mətbuatın qorunması üçün hər ay 33 qəzetə qrant verir. Siz barı, bu 33 qəzetə prezidentin yaratdığı KİV DF-dən gələn məbləği 15 min manat həcmində müəyyənləşdirdiyiniz kvotadan – limitdən çıxın, onu ayrı tutun. Ya da medianın öz puluna qoyulan limiti bir qədər artırın... R.Aslanlı bu məqamda heç gözləmədiyim reaksiyanı verdi: “...deyin, sizə verilən məbləğı nağd göndərsinlər...”
Heyrətə gəldim və dərhal da reaksiya verdim... Məncə özü də fərqində oldu, qəza törətdiyinin və sözünü dəyişmək istədi. Amma və lakin..."
Amma və lakin hesab etmək olar ki, 5 ay bundan öncə ölkənin tanınmış media kapitanlarının və vətəndaş cəmiyyəti təmsilçilərinin qarşısında hər kəsə meydan oxuyan R. Aslanlının özünin taleyi bu gün heç də ürəkaçan deyil və onun MBNP rəhbəri postunda uzunmüddət davam gətirəcəyinə nəinki bizlər, heç özü də inanmaz. Çünki artıq cəmiyyətdə və bank-maliyyə çevrələrində R. Aslanlının imici kifayət qədər zədələnib və artıq bu gün o sadəcə heç bir səlahiyyəti olmayan bir məmura çevrilib. Yəni o bu gün nəinki media kapitanlarına xitab edərək "Bəs, indi sizlər şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən necə yazacaqsınız, özünüzə bu ayrıcalığı tələb edirsinizsə?" və ya “...deyin, sizə verilən məbləğı nağd göndərsinlər...” deməyə cəsarət edəcək durumda deyil.
Eyni zamanda təəccüb doğuran bir məqam da ondan ibarətdir ki, ölkənin bank-maliyyə sistemini yaranmış böhrandan çıxarmaq üçün əlindən gələni əsirgəmnəyən, bu sahədə çoxsaylı islahatçı təşəbbüslərlə çıxış edən dövlət başçısına qarşı yolverilməz ritorikadan istifadə edən R. Aslanlının hələ də cəzalandırılmamasıdır. Bu günədək onun haqqında mediada yazılanları və cəmiyyətdə deyilənləri bir kənara qoysaq, təkcə Rauf Arifoğlunun da iştirakçısı olduğu həmin tədbirdəki çıxışına görə Rüfət Aslanlı barədə müvafiq ölçü götürülə bilərdi və Maliyyə Bazarlarına Nəzarət Palatası gerçəkdən də cəmiyyətin bütün çağırışlarına cavab verən, hər kəsin etimad göstəridiyi bir quruma çevrilərdi. Amma və lakin...