Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Maliyyə savadsızlığı təkcə bizdə deyil" -Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri

 

“Bankların müştəriləri aldatmaması məqsədi ilə kredit müqavilələrinin şərtləri yenilənib”. 

 

Yenixeber.org:    Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. 

Palata sədri bildirib ki, kreditlərin verilməsi ilə bağlı müqavilə şərtlərində və müqavilənin yazılışında yeni qayda müəyyən edilib. 

“Hətta, Palata banklardan tələb edir ki, müqavilə şərtləri 12 şriftdən aşağı belə, yazılmasın ki, müştəri müqavilənin şərtlərini rahat oxuya bilsin. Bundan əlavə, müqavilədə kreditin faizi və digər əsas məsələlərin xüsusi seçilən şriftlərlə yazılmasını tələb edirik. Bununla yanaşı, son dövrlərdə dollarla verilən kreditlərin ekvivalentə uyğun verilməsi öz əksini tapıb”. 

R.Aslanlı bildirib ki, burada maliyyə savadsızlığı ciddi problem yaradır. 

“Düzdür, maliyyə savadsızlığı təkcə bizdə deyil. Hətta, dünyanın inkiaşf etmiş ölkələrində də mövcuddur. Amma hansı banklar müştəriyə köhnə qaydada verərsə, bununla bağlı bizə məlumat versin, biz onlar barəsində ciddi tədbir görəcəyik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam