Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elmar Məmmədyarov Arizonanın Nümayəndələr palatasının spikeri ilə görüşüb

Elmar Məmmədyarov Arizonanın Nümayəndələr palatasının spikeri ilə görüşüb

 

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr palatasının spikeri Cavan Mesnardı qəbul edib.

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan - ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

C.Mesnard Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edərək öz yüksək təəssüratlarını bölüşüb. O, təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlardan danışıb.

E.Məmmədyarov ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa təmasların qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. O, yüksək texnologiyalar, kənd-təsərrüfarı, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan və Arizona ştatı arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın multikulturalizm ənənələrindən danışan nazir əsrlər boyu Azərbaycanda müxtəlif dini icmaların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.

Görüşdə, həmçinin, ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam