Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ukraynaya təcili müdafiə silahları verilməlidir…”

 

ABŞ-ın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, tanınmış politoloq və sovetoloq Zbiqnev Bzejinski Ukraynaya müdafiə xarakterli ölümcül silahların verilməsinin vacib olduğunu bildirib.

"Xeberinfo.com":   Musavat.com-un xarici informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə o, Vaşinqtonda beynəlxalq təhlükəsizliyə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“Mən bu mövzuda bir öncə, böhran təzə-təz başlayanda bildirmişəm. Mən demişəm ki, biz Ukraynaya müdafiə xarakterli silahlar verməliyik. Əgər bunu etməsək, o zaman Putinin edə biləcəyi yeganə şey – zorakılığın səviyyəsini bir pillə də qaldırıb qələbə qazanmaq olacaq”, - deyə nüfuzlu ekspert qeyd edib. Bu səbəbdən o, təklif edib ki, ABŞ indi Ukraynaya belə silahları verməkdə ləngiməməlidir.
Eyni zamanda politoloq Rusiyanı əmin edib ki, “azad, müstəqil, Avropa Ukraynası NATO-ya qoşulmayacaq” – Moskva bunu özü üçün təhlükə saydığı üçün.
“Ukrayna Finlandiya kimi olacaq – azad, müstəqil, ancaq alyans üzvlüyündən kənarda” – əlavə edib Bzejinski.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam