Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyadan Ermənistana zərbə

 

 

      40 min erməninin Rusiyaya girişi qadağan olundu

 

   "xeberinfo.com": Ermənistan əhalisinin rifahı bir çox halda Rusiyadan asılıdır. İrəvanda keçirilən miqrasiya üzrə konfransdan sonra belə nəticəyə gəlmək olar. 2014-cü ilin birinci kvartalında Ermənistanı 5 min insan tərk edib. Bu, 2013-cü il ilə müqayisədə daha azdır. 
Bu barədə Ermənistan Dövlət Miqrasiya Xidmətinin açıqlmasında deyilir.
Ermənistan DMX-nin sədri Qaqik Yeqanyan qeyd edib ki, bu göstərici ölkədə iqtisadi inkişafın nəticəsi deyil. Bu, Rusiyadan asılılığın göstəricisidir.
Belə ki, rəsmi Moskva miqrasiya siaysətini daha da sərtləşdirdi. Q.Yeqanyan bildirib ki, Moskva Rusiyaya girişi qadağan olunan 40 min Ermənistan vətəndaşının siyahısı göndərib. Rusiyaya girişi qadağan olunan Ermənistan vətəndaşlarının siyahısının artması mümkündür. Bununla da Rusiyadan Ermənistana edilən pul transfaeri kəskin azalacaq. Deməli ölkədə kasıbların sayı artacaq.
Qaqik Yeqanyan həmçinin qeyd edib ki, Ermənistanda miqrasiya geniş vüsət alacaq. Səbəbləri məlumdur – aşağı əmək haqqı, karyera qurmaq imkanlarının məhdudlaşdırılması, işsizlik, sosial təminatın aşağı olması və təbii ki, qiymətlərin bahalaşması.
Ermənistan mətbuatı yazır ki, yaxın vaxtlarda ölkədə enerji tarifləri təxminən 2 dəfə artacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam