Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Türkiyə-Avropa İttifaqı münasibətləri daha da kəskinləşəcək" -Politoloqdan şərh

"Edam hökmünün bərpası, Türkiyə ilə Aİ arasında münasibətləri gərginləşdirəcək əsas məsələlərdən biri olacaq"

Yenixeber.org:  Bunu SalamNews-a Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı referendum sonrası Türkiyə Prezidentini təbrik etmək əvəzinə, seçkilərin Aİ-standartlarına uyğun olmadığını iddia edən fikirlər səsləndirib: “Türkiyə gələcəkdə Aİ ilə münasibətdə ziddiyətlər yaşayacaq. Türkiyə prezidenti edam hökmünün yenidən tətbiqi məsələsinə müsbət yanaşmalar sərgiləyir. Edam, Kopenhagen kriteriyalarına uyğunlaşmaq nəticəsində ləğv edilib. Gələcəkdə edam hökmünün bərpası, Türkiyə ilə Aİ arasında münasibətləri gərginləşdirəcək əsas məsələlərdən biri olacaq”.

Politoloq hesab edir ki, Aİ praqmatik siyasət həyata keçirir: “Aİ, Türkiyənin qapılarını açacağı halda qarşılacağı immiqrant probleminə görə gərginliyin daha da artırmasına imkan verməyəcək. Gələcəkdə Türkiyədə Aİ ilə münasibətlərdə əsasən edam hökmü və suriyalı mühacir mövzusunda müzakirələr aparılacaq. Yazın gəlməsi ilə Türkiyədən gələn, həmçinin Afrikadan İtalyaya keçən zaman dənizdə boğulan və həbs edilən immiqrant sayı artıb”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam