Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bunlara verilən sifariş də xaricdəndir" -Siyavuş Novruzovdan müxalifətin mitinqinə münasibət

“İndi müxalifət nə düşünür, nə keçirmək istəyir və tələbləri nədən ibarətdir, bax, bu, bəlli deyil. Bunlara verilən sifariş də xaricdəndir”.

Yenixeber.org:    YAP-çı millət vəkili Siyavuş Novruzov bunu unikal.org-a Milli Şuranın keçirəcəyi mitinqdən danışarkən deyib.

O bildirib ki, müxalifət müxtəlif dövrlərdə heç bir səbəb olmadan kütləvi aksiyalar keçirir: “Öncə bu hava ilə əlaqədardır. Onlar belə şəraitlə öz mitinqlərini uyğunlaşdırırlar.

İkincisi, gündəmdə heç bir ciddi və problemli məsələ olmaya-olmaya kütləvi aksiya keçirməyə heç bir əsas yoxdur. Lakin əsas səbəb ondan ibarətdir ki, onlara xaricdən sifariş verilib deyə, belə bir aksiya keçirmək istəyirlər. Bilirlər ki, onların sosial bazası və elektoratı yoxdur və heç nəyə nail ola bilməyəcəklər. Həm özlərinin daxilində ciddi problem var və həm də ümumiyyətlə, əhali tərəfindən bunlara etimad yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam