Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Təxribat yarışına girməyəcəyəm" -Merkel Ərdoğanın ittihamlarına cavab verdi

Almaniyanın Baş naziri Merkel prezident Ərdoğanın ona ünvanlanmış ittihamlarına cavab verib.

Yenixeber.org:  O, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın terrora dəstək verməklə bağlı ittihamlarını “absurd” adlandıraraq, “bu təxribat yarışına girmək niyyətim yoxdur” deyib.

“Saarbrücker Zeitung” qəzetinə verdiyi müsahibədə Hollandiya ilə Türkiyə arasındakı gərginlikdə Hollandiyaya tam dəstək verdiyini təkrarlayan Merkel, “hollandiyalılar nasional sosializmə görə qorxunc ağrılar yaşadı, onların bu gün “nasist” deyə xarakterizə olunması qəbul edilə bilməz” söyləyib. O, Hollandiyanın Türk səlahiyyətlilərə referendum kampaniyalarını Hollandiyadakı seçkilərdən sonra aparmağı xahiş etdiklərini də açıqlayıb: “Başda Türk hökuməti buna riayət edəcək təəssüratı yaratdı, ancaq sonra nə olduğunu bilirik.”

Türk siyasətçilərin Almaniyadakı referendum kampaniyalarına da toxunan Merkel, “tədbirlərin Alman orqanlarına vaxtında bildirilməsi, kimin nə məqsədlə toplantı keçirməsinin açıq şəkildə bildirilməsi, qanunlarımıza və konstitusiyamızın prinsiplərinə riayət edilməsi lazımdır ” deyib. Merkel hadisələri hər gün yenidən qiymətləndirdiklərini ifadə edərək, “gələcək üçün kimsəyə açıq çek vermədiklərini” vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam