Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Ərdoğanın “Nazi” bənzətməsi böyük gərginliyi əks etdirir" -"Guardian"

Yenixeber.org:  Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın referendum kampaniyasına Almaniya rəsmiləri tərəfindən yaradılan əngəllərlə bağlı dediyi “sizin bu andakı hərəkətləriniz keçmişdəki Nazi hərəkətlərindən fərqli deyil, bunu belə bilin” sözləri dünya mətbuatında geniş yer alıb. İngiltərənin “Guardian” qəzeti də Ərdoğanın Almaniyaya xitabən dediyi sözlərə geniş yer verib.

Ərdoğan bazar günü İstanbulda Almaniyanın Türk nazirlərin bəzi referendum kampaniyası görüşlərini ləğv etməsinə sərt reaksiya göstərmişdi. “Guardian” qəzeti Ərdoğanın “nazi” bənzətməsinin Türkiyə və Almaniya arasındakı diplomatik əlaqələrdə müşahidə edilən böyük gərginliyi əks etdirdiyini yazdı.

Yeri gəlmişkən, Hollandiyalı ifrat sağçı lideri Vilders də bu məsələ ilə bağlı ““Türk nazirlər ‘arzuolunmaz adam “elan edilsin” demişdi. “Guardian”ın Berlin müxbiri Filip Oltermannın yazısında da bu xəbərə yer verilir. O, Ədliyyə naziri Bəkir Bozdağ və İqtisadiyyat naziri Nihat Zeybekçinin görüşləri üçün verilən icazələrin təhlükəsizlik səbəbindən ləğv edildiyini xatırladılır.

Müəllif yazır ki: “Almaniyanın Baş naziri Angela Merkel keçən həftə Ərdoğan və nazirlərinin ölkəsində kampaniya aparmasının qadağan edilməsi ilə bağlı çağırışları rədd etmişdi. Merkelin sözçüsü ifadə azadlığına hörmət eşidilməsinin əhəmiyyətli olduğunu söyləmişdi ..Yenə də nazi bənzətməsi Türkiyə və Almaniya arasında diplomatik əlaqələrdə müşahidə edilən böyük gərginliyi əks etdirir. Keçən yaz AK Partiyaya yaxın bəzi qəzetlər Almaniyadakı məhkəmənin Ərdoğanın Kölndəki bir mitinqə video- konfrans yoluyla qatılmasını qadağan etməsindən sonra Merkeli Hitlerə bənzətmişdi.”

Almaniya hökuməti Ərdoğanın sözləri ilə əlaqədar olaraq hər hansı bir şərh verməyəcəyini bildirib. Ancaq bəzi Alman siyasətçiləri “nazi” bənzətməsinə görə Ərdoğanı tənqid edib.

Merkelin lideri olduğu Xristian Demokrat Partiyanın parlament qrupu lideri Volker Kauder: “NATO üzvü bir ölkənin prezidentinin ittifaqa üzv bir digər ölkə haqqında belə şərh verməsi inanılmaz və qəbul edilə bilməz bir şey. Xüsusilə bunu edən, qanunun aliliyi məsələsində ciddi problemləri olan bir ölkə “deyib.
Sol Partiya millət vəkillərindən Sevim Dağdelen isə Ərdoğanı “Alman faşizmini kiçik hesab etməkdə və onun qurbanlarıyla dalğa keçməkdə” günahlandırıb.

Almaniyanın Xarici işlər naziri Siqmar Qabriel isə bazar günü “Bild am Sonntag” qəzetində yayımlanan yazısında Türkiyə ilə “çətin bir gərginlik sınağından” keçdiklərini yazıb. O, “iki ölkə arasındakı dostluq təməlinin aradan qaldırılmasına icazə verilməməli” xəbərdarlığını edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam