Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Almaniyaya gedirəm, heç kim bizə əngəl ola bilməz” –Çavuşoğlu rəsmi Berlinə meydan oxudu

Çavuşoğlu 352 !!

"Almaniyaya gedirəm, heç kim əngəl ola bilməz. Tez-tez Avropanın ortaq dəyərlərindən, demokratiyadan danışırıq. Bu mövzuda Türkiyəyə dərs verməyə çalışan ölkələrin İkinci Dünya müharibəsi zamanı yürütdükləri siyasət qəbuledilməzdir".

Yenixeber.org:   Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrin nümayəndələri ilə keçirdiyi toplantıda deyib.

“Almaniyanın mənim iştirak edəcəyim toplantının məkan sahibinə təzyiq etməsi, sonra həmin yerin sənədlərini ləğv etməsi də qəbuledilməz haldır. Bu, insan hüquqlarına ziddir. Almaniyanın insanları belə cəzalandırıb, nəyəsə nail olması mümkün deyil.

Əgər bu irqçiliyin qarşısını almasaq, dünya İkinci Dünya müharibəsindən əvvəlki vaxtlara qayıdacaq. Mən bu gün Almaniyaya – Hamburqa gedirəm. Oradakı vətəndaşlarımıza görüşməyimizə heç kim mane ola bilməz. Heç bir ölkə ilə münasibətlərimizin pozulmasını istəmirik. Amma bizə qarşı düşmən münasibət göstərsələr, bunun cavabını verəcəyik”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, son günlər Almaniya-Türkiyə münasibətlərində ciddi gərginlik yaşanır. Buna səbəb referendum təbliğatı həyata keçirəcək Türkiyə rəsmilərinin Almaniyada çıxışlarına qadağa qoyulması olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam