Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Terrorçulara ən çox Almaniya dəstək verir" - Mövlud Çavuşoğludan şok açıqlama

"Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir".

Xeberinfo.com:  Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Təəssüf ki, Almaniya Türkiyə tərəfdə deyil. Bu ölkə davamlı olaraq anti-Türkiyə mövqeyində olanları qəbul edir. Biz onlardan terrorçu PKK qruplaşmasının Almaniyadakı 4 min üzvünü istədik. Onlar birini də vermədilər. PKK Almaniyanın hər şəhərində Türkiyədə terrorçu fəaliyyətlə məşğul olanlara pul toplayır", - deyə nazir vurğulayıb.

O, mövcud problemin həlli üçün ikitərəfli diplomatik danışıqlar yolunu göstərib.

M.Çavuşoğlu jurnalistin "Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayeri telefonda gözlətdiyiniz doğrudurmu" sualına cavabında deyib: "Almaniya bütün terror qruplaşmalarına qucaq açıb. Görəsən, belə dövlətlərin nazirləri nə düşünürlər? Almaniyanın xarici işlər naziri mənimlə danışmaq istəyərkən başqaları ilə danışmış ola bilərəm. Belə iş olmaz. Biz nə zaman imkanımız olsa, onda danışarıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam