Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Cəbhədəki təxribatların arxasında ATƏT dayanır” –EKSPERT ŞƏRHİ

"Cəbhədəki təxribatların arxasında ATƏT dayanır”
“Cəbhə bölgəsində baş verən təxribatlar ATƏT-in Ermənistana göstərişi əsasında baş tutub. Çünki adıçəkilən qurumun hesabat vaxtı yaxınlaşıb. Onlar hər iki prezidenti görüşdürüb hesabat verməlidirlər. Bunun üçün ən optimal yol isə atəşkəsin pozulması idi”.

Xeberinfo.com:   Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov son günlər cəbhə xəttində ermənilərin artan təxribatlarını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Ermənistan 24-25 fevral təxribatlarına daha əvvəldən hazırlaşırmış:

“Təxribatlardan bir müddət əvvəl onlar ön xəttə ağır texnika və artilleriya qurğuları yerləşdirməyə başladılar. Əvvəlcə Ağdərə tərəfdən – Talış kəndi istiqamətindən hücuma keçməyə çalışdılar. Bu mümkün olmadıqda hücumun mövqeyini Füzuli-Xocavənd tərəfə yönəltdilər. Bizim orada düşmənə daha yaxın olan bir postumuz vardı. Açıq döyüş olmasa da, həmin döyüş postumuzu ağır silah atəşinə tutublar. Şəhidlərimiz var. İçərisində əsgər və zabitlərin olduğu haqda məlumatlıyam. Amma heç bir ərazi itkisinə yol verilməyib. Azərbaycan Ordusu hər zaman bu cür təxribatların qarşısını almağa hazırdır”.

Üzeyir Cəfərov həmçinin qeyd edib ki, Azərbaycan Ordusu bütün parametrlərdə erməni hərbi birləşmələrindən üstündür. Ekspertin sözlərinə görə, istənilən vaxt ordumuz işğalçıları zəbt etdikləri torpaqlarımızdan çıxarmağa qadirdir:

“Bunun bircə yolu var, ATƏT-in bəyanatlarında deyilir ki, işğal olunmuş 7 rayon dərhal boşaldılmalıdır. Amma ermənilər buna məhəl qoymurlar. Bu gec-tez baş verəcək. Bizə əmrin nə vaxt veriləcəyini gözləmək qalır”.

Bu arada qeyd edək ki, Müdafiə Nazirliyi düşmənin 25 fevral təxribatları zamanı şəhid olan hərbi qulluqçularımızın adlarını açıqlayıb. Bunlar Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğludur. Şəhidlərimizin nəşi təmas xəttinin neytral zonasında qalıb. Düşmən isə onların nəşinin götürülməsinə imkan vermir. Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam