Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bu, müharibədir, biz bundan təşvişə düşüb, qorxmalı deyilik" -Cəbhədə vəziyyət getdikcə gərginləşir

1443429068_cebhe

Xeberinfo.com:    Ermənistan Azərbaycanı “İskəndər”lə hədələyir. Bəziləri güman edir ki, aprel döyüşlərindən də intensiv hərbi əməliyyatlar başlaya bilər. Bu gün Müdafiə Nazirliyinin yaydığı məlumat da durumun kifayət qədər ciddi olduğunu göstərdi. Amma belə fikirlər də səslənir ki, bu gərginlik Ermənistan tərəfindən süni şəkildə yaradılır, keçici bir görüntüyə hesablanıb. Bu hadisələrin Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etməsi və Ermənistanda keçiriləcək parlament seçkiləri də bu variant üzərində daha çox düşünməyə əsas verir. Hərbi ekspertlər də hesab edir ki, Ermənistanın hücum taktikasını seçməsi daha çox daxili gərginliklə bağlıdır.

Ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov BakiPost.az-a açıqlamasında bildirib ki, Ermənistanın daxilində baş verən gərginlik, düşmənləri belə bir addım atmağa sövq edib:

Ekspert Xocalı soyqırımı amilinin də vəziyyətin gərginləşməsində mühüm amil olduğu qənaətindədir: “Aydın məsələdir ki, Xocalı soyqırımı məsələsi də bu gərginlikdə rol oynayır. Amma biz unutmamalıyıq ki, Xocalıda törətdikləri cinayətə görə ermənilər mütləq cavab verməlidirlər. Əgər belə davam edərsə, Xocalı faciəsi günü ermənilər böyük itkilərlə üzləşə bilərlər”.

Ü.Cəfərovun sözlərinə görə, əslində, indiki məqamda cəbhədə gərginlik ermənilərə sərf edir: “Erməni tərəfi maksimum çalışırdı ki, vəziyyəti bu həddə gətirib çatdırsın. Onlar dünəndən başlayaraq Ağdam, Tərtər istiqamətində bəzi hərəkətlərə yol verdilər. O cümlədən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Tovuz, Qazax istiqamətində gərginlik yaratmağa çalışdılar. Amma dünən uğursuzluqla üzləşən ermənilər Xocavənd Füzuli istiqamətində açıq düzəngah istiqamətində müəyyən addımlar atmağa çalışırlar. Çox namərdcəsinə artilleriya mərmilərindən istifadə edirlər. Artilleriya mərmiləri də çox böyük dağıdıcı gücə malikdir. Müdafiə Nazirliyinin məlumatında da gördünüz ki, bizim şəhidlərimiz var, yaralananlar var. Müdafiə Nazirliyi də düşmənin hərəkətlərini diqqətdən kənar saxlamır. Cavab zərbələri endirir. Yaxın saatlarda mən düşünürəm ki, Müdafiə Nazirliyi düşmənin verdiyi itkilərlə bağlı cəmiyyətimizi məlumatlandıracaq. Nazir Zakir Həsənov özü də vəziyyətin gərgin olmasının şəxsən şahidi olub. Lazım olan göstərişlər verib. Narahatlığa heç bir əsas yoxdur”.

Ehtiyatda olan zabit, aprel hadisələrindən sonra Ermənistanın on cəbhəyə xeyli silah topladığını da qeyd edib: “Azərbaycan ötən ilin aprelində böyük səbr, dözüm nümayiş etdirdi. Amma düşmən bundan çox namərdcəsinə istifadə elədi. Bir il ərzində həm havadarları Rusiyadan, həm də digər ölkələrdən kifayət qədər ciddi silahlar alınıb. Xeyli əlavə güc və qüvvə toplanıb. Ona görə də hər iki tərəfdən itkilər çoxdur. Biz bunu bilməliyik, hazır olmalıyıq. Bu, müharibədir, biz bundan təşvişə düşüb, qorxmalı deyilik. Müharibədə konsert olmur, itki olur. Yaralananlar olur”.

Üzeyir Cəfərov sosial şəbəkələrdə cəbhəboyu kəndlərlə bağlı yayılan dezinformasiyalardan da danışıb və şəbəkə istifadəçilərinə xəbərdarlıq edib: “Bir qədər ehtiyatlı olun. Dünəndən sosial şəbəkələrdə yalandan yayırlar ki, camaat kəndlərdən çıxdı, təşvişə düşdü və s. Biz heç yerə çıxmırıq. Lazımsız fikirlərdir bunlar. Biz qabağa getməliyik və gedəcəyik də. Son dərəcə ehtiyatlı olun. Ordumuz kifayət qədər gücə malikdir. Səbrli olsanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər”.

Hərbi ekspert Azad İsazadə də hesab edir ki, Ermənistan rəhbərliyi çalışır ki, diqqəti ölkədəki daxili siyasi proseslərdən yayınsın:  “Uzun müddətdir ki, cəbhədə gərginlik səngimir. Bir balaca azalır, amma neçə vaxtdır səngimir. Sözsüz ki, Ermənistanda gedən proseslər, siyasi dəyişikliklərlə bağlı rəhbərlik çalışır ki, Qarabağda gərginliyi daima yüksək səviyyədə saxlasın. Cəmiyyətin diqqəti daha çox Qarabağa bağlı olsun, nəinki gedən daxili proseslərə. Düşünürəm ki, bu səbəbdən təmas xəttində yaxın aylarda bu gərginlik davam edəcək.

 

Gərginliyin olmasında Xocalıyla bağlı amil də rol oynayır. Amma əsas faktor, əsas amil Ermənistanın daxilində gedən proseslərdir”.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam