Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Peşə məktəbinin direktorluğundan torpaq biznesinə gedən yol

 

 

         Ə. Quliyev adına 2№-li peşə məktəbinin direktoru Firudin Paşayev “bir əlində iki qarpızı necə tutur?”

 

    “Xeberinfo.com”: Azərbaycanlı məmurların biznesə can atması yeni xəbər deyil. Yüksək çinli məmurlardan tutmuş kiçik sayılan vəzifə sahiblərinə qədər az qala hər kəs oturduğu kreslodan biznes maraqları naminə yararlanmağa çalışır. Və hər iki işin öhdəsindən ustalıqla gəlməyi bacarırlar da. Redaksiyamıza nisbətən kiçik sayılan səlahiyyət sahiblərindən birinin “bir əlində iki qarpızı necə tutması” haqında məlumat daxil olub.

Hələlik adının çəkilməsini uyğun bilmədiyimiz şəxsin “xeberinfo.com”a bu istiqamətdə verdiyi məlumat paytaxtdakı Ə. Quliyev adına 2№-li peşə məktəbinin direktoru Firudin Paşayevin fəaliyyəti ilə bağlıdır. Məlumata görə Firudin müəllim biznesinin əsasını hələ 9 saylı Peşə Liseyində direktor olarkən qoyub. Belə ki, o zaman təhsil nazirinin sabiq müavini İsgəndər İsgəndərovun “krışa”lığı ilə Firudin Paşayevin istədiyi kimi “sağa-sola çapdığı”, hər xırda şeydən də para çıxardığı deyilir. (Mənbəmiz Firudin Paşayevin bu vəzifədəki rəngarəng əməlləri ilə bağlı geniş məlumat verdi. Bəzi məqamların xüsusi ilə ciddiliyini nəzərə alıb hələlik yazmırıq.) Məhz o zaman toplanmış kapital Firudin müəllimin bugünükü biznesinin mayasını təşkil edir. Söhbət cənab Paşayevin Mehdiabad qəsəbəsində dəbdəbəli villasından, kommersiya dükanlarından və daha da çox gəlirli sayılan torpaq biznesindən gedir. Bu biznesdə Firudin müəllimin “sağ əli” isə bacısı oğlu Mübariz adlı şəxsdir.

    Yeri gəlmişkən Firudin müəllim hazırkı vəzifəsində də işini etibarlı tutub. Daha doğrusu yeri gəldi-gəlmədi onun özünün məclislərdə “hər şey pulun başında deyil? İndi də nə lazımdır edib, oturmuşam vəzifəmdə” deməsi ətrafında hər kəsə məlum imiş. (Firudin müəllimin Təhsil Nazirliyindəki hazırkı dayaqının kimliyi də məlumdur.)  2№-li peşə məktəbinə direktor vəzifəsinə gələndən sonra biznesdəki “sağ əli” bacısı oğlu Mübarizi də məktəbdə əvvəlcə müəllim, sonra da həmkarlar təşkilatının sədri postuna oturda bilir. Məlumata görə biznesdə olduğu kimi, məktəbdə də Firudin müəllimin əsas işini Mübariz icra etməli olur. Necə?

  Biz bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hörmətli Firudin müəllimlə də danışdıq. Söhbətin nədən getdiyini bildikdə cavabı təxminən belə oldu: “Mən hələ çox şeylər almışam, kim nə deyir desin. Siz də nə istəyirsiniz yazın”.

  Təəccüblü deyil, təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri mətbuata öz prizmalarından baxmaqdadırlar.

O ki, qaldı kiminsə nə isə almağına, hansısa biznesə sahiblənməsinə: əvvəla bizim heç kimin parasını saymaq niyyətimiz yoxdur, biz də inkişaf etməkdə olan ölkəmizdə sahibkarlığın inkişafını təqdir edirik. Və arzu edirik ki, ölkəmizdə zəngin adamların sayı lap çox olsun.

 

    Amma söhbət hansısa məmurun qanunazidd olaraq topladığı kapitalla, qanunazidd biznes fəaliyyətindən gedirsə, bu halda durum fərqlidir.

 

 

 

     Şərif             


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam