Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin türklərə necə əngəl olur?

 

 

                                                  "Türk ittifaqı", yoxsa Rusiya?

 

    "Xeberinfo.com": Türkiyədə türkdilli dövlətlərin növbəti samiti öz işinə başlayıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan liderləri Türkiyənin Bodrum şəhərində bir araya gələrək gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bir zamanlar böyük prespektiv vəd edən bu qurum hazırda Rusiyanın quruma qarşı apardığı siyasətin nəticəsində öz gücünü və təsir qüvvəsini itirib.
 Qazaxıstan mətbuatının yaydığı məlumata görə, rəsmi Moskva öz təsir gücündən istifadə edərək, qurumda təmsil olunan ölkələrin bir-biri ilə sıx əməkdaşlıq etməsinə mane olub. 
Qeyd edək ki, SSRİ dağıldıqdan bu günə kimi türkdilli ölkələr hər zaman öz aralarında azad iqtisadi zona yaratmaq təşəbbüsü ilə çıxışlar edib. Lakin Rusiya hər zaman müxtəlif üsullarla bu təşəbbüsün qarşısını alıb.
Qazaxıstan mətbuatının verdiyi xəbərə görə, Rusiya vaxtı ilə özünün müttəfiqi olmuş türkdilli dövlətlərə hələ də təsir etmək iqtidarındadır. Vaxtilə SSRİ-də təmsil olunan bu dövlətləri Rusiya ilə geniş sosial-iqtisadi münasibətləri hələ də mövcud olraq qalmaqdadır. Məhz bu amil Rusiyanın hələ ki, bu dövlətlərə istənilən formada təsir etmək imkanını verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam