Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Türkiyə-Rusiya əlaqələrini pozmağa gücləri çatmayacaq” -Türkiyənin Baş naziri

15cffbd1-c00d-4a8f-8c3b-d0f4d74e11f3_292

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli heç şübhəsiz, iki ölkə arasında münasibətləri pozmağa yönələn alçaq təxribatdır”.

Xeberinfo.com:    Türkiyə KİV-inə istinadən xəbərə görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbulda “Avrasya tüneli”nin açılış mərasimindəki çıxışında deyib.
“Kim nə edirsə-etsin Türkiyə-Rusiya əlaqələri inkişaf edəcək. Onların bunu pozmağa gücü çatmayacaq” – baş nazir vurğulayıb.
O bildirib ki, “Avrasiya tuneli”nin tikintisi ən böyük xəyallarından biri olub: “Bu tunel vasitəsilə Avropa ilə Asiya birləşəcək. 600 ildir Avropa ilə Asiyanı birləşdirən Türkiyəni heç kim diz çökdürə bilməyəcək. Şeytancasına can alanlar Türkiyəni hüquq dövləti olmaqdan çəkindirə bilməyəcəklər. 76 əyalətimizi bir-birinə bağlayan dəmiryolu xəttini təzələyərək, sürətli qatar sisteminə keçmişik. Hava imanlarının sayını iki dəfə artırmışıq. 2018-ci ildə dünyanın ən böyükl hava limanını istismara vercəyik”.
Tunelin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Xatırladaq ki, İstanbulun Kumkapı rayonunda tikilən “Avrasya tüneli”nin təməli 2011-ci il fevralın 26-da qoyulub. Bir milyard 245 milyon dollara başa gələn tunel dənizin dibi ilə Kazlıçeşme – Göztepe bölgələrini birləşdirəcək. Tunel və ona bağlı yollarla birlikdə onun uzunluğu 14,6 km-dir. Tunelin uzunluğu isə 1,8 km-dir. Tunel istifadədyə verildikdən sonra 100 dəqiqəyə gedilən yol 15 dəqiqəyə qət ediləcək. Tunellə gediş ödənişlidir. Tunelin istismar müddəti 24 il 5 aydır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam