Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hökumət vəziyyəti başa düşüb”

 

 

 

“Qara bazar”a qarşı sərt çıxışı ilə gündəmə gələn YAP-çı millət vəkili Yevda Abramov Beynəlxalq Bankda baş verən son dəyişikliklərə reaksiya verib.

Xeberinfo.com:   Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Məclisdə məsələni qaldırdıqdan sonra hökumət vəziyyəti başa düşüb: “Vəziyyətə uyğun adekvat cavablar da gəlməli idi. “Qara bazar”a qarşı mübarizə tədbirləri davam etməlidir. Mən Milli Məclisdə sözü havayı yox, xalq üçün demişəm. Orada populizm naminə danışmamışdım. Ona görə danışmışdım ki, Azərbaycan xalqı ağ günə çıxsın”.

Xatırladaq ki, dekabrın 7-də Milli Məclisdə 2017- ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılarkən millət vəkili Yevda Abramov metronun “28 may”, “Xalqlar dostluğu” stansiyalarının yaxınlığında və Quba bazarında xüsusi maşınların yük hissələrində kütləvi şəkildə dollar və manatın “qara bazar”da satıldığını öz gözləri ilə gördüyünü bildirmişdi. Millət vəkili hökumətə sual ünvanlayaraq bu qədər dolların, pul kütləsinin həmin insanların əlinə necə keçdiyinə məəttəl qaldığını vurğulamışdı. “Qara bazar”a kimin diktə etdiyinin araşdırılmasını hökumətdən tələb etmişdi.

Məhz bu çıxışdan sonra “qara bazar” a kütləvi dollarları çıxarmaqda şübhəli bilinən dövlət bankı olan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən azad edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam