Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan heç vaxt Qarabağın işğalı ilə razılaşmayacaq”

dmitri savalyev

“Dağlıq Qarabağ münaqişəsi Ermənistana xeyir gətirməyib. Bu gün ermənilər Ermənistanı tərk edərək başqa ölkələrə gedirlər”.

Xeberinfo.com:  Məlumata görə, bunu Moskvada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

O, Azərbaycanın heç vaxt Dağlıq Qarabağın işğalı ilə razılaşmayacağını söyləyib. Deputat Rusiya cəmiyyətinin bu münaqişə haqqında dolğun təsəvvürünün olmadığını bildirib: “Təsəvvür edin ki, sizin iki otaqlı eviniz var. Bir silahlı şəxs gəlib evinizə girir, sizi evdən qovur, evi əlinizdən alır. Siz bununla razılaşarsınızmı? Bu hələ harasıdır. Azərbaycanın təkcə Dağlıq Qarabağı regionu işğal olunmayıb. Ona bitişik olan yeddi rayon da işğal olunub. Bəs, bu fakt necə?! Əgər Dağlıq Qarabağ mübahisəli regiondursa, onda 7 rayonu işğal etmək nədir? Bəs, Azərbaycan xalqından nə gözləyirsiniz? Sakit qalmasınımı, susmasınımı? Heç vaxt! Azərbaycan heç vaxt bununla razılaşmayacaq”.

Rusiyalı deputat heç kimin müharibə istəmədiyini vurğulayıb: “Heç kəs müharibə, qan tökmək istəmir. Lakin bu münaqişə həll olunmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu problemin həllində öz vasitəçilik səylərini gücləndirməlidir. Mən öz həmkarlarımı bu münaqişənin həllinə səy göstərməyə çağırıram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam