Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Gec-tez Qarabağ de-fakto Azərbaycanın olacaq” - Rusiyalı deputat


“20 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi alovlanmaqda davam edir. Bildiyim odur ki, azərbaycanlılar heç bir vaxt Qarabağı ermənilərə verməyəcəklər. Gec-tez Qarabağ de-fakto Azərbaycanın olacaq, hazırda de-yure Azərbaycanın ərazisidir”.

Xeberinfo.com:   Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

“Tezliklə görəcəyik ki, son günlərdə cəbhədə həlak olan gənclər Azərbaycan torpaqlarının geri alınması uğrunda canlarını veriblər. Mən çox ümid edirəm ki, bu gündən münaqişənin həllinə dair bütün hüquqi proseslər, ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslər sürətlənəcək. Gözləmək artıq mümkün deyil. İnsanlar həlak olur. Tanrıya yalvarmalıyıq ki, münaqişə tezliklə bitsin, Azərbaycan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu ermənilərdən geri ala bilsin”, – deyə o qeyd edib.

Rusiyalı deputat Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etməsi xəbərini də şərh edib: “Bu Azərbaycanın gücünü, döyüşkən ruhunu nümayiş etdirir. Azərbaycan ordusu hazırda ölkənin müstəqilliyinin ilk günlərində olduğu kimi deyil. Azərbaycanın güclü orduya sahibdir. Azərbaycan işğal altındakı torpaqlarını geri qaytarmaq istəyir. Ona görə də torpaqların azad edilməsi prosesi maksimum aktivləşdirilməlidir. Heç kəs daha 10 il gözləmək istəmir, onsuz da 25 il gözləyiblər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam