Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ərdoğanın Əsəd bəyanatı Qərbə mesajdır”

Vladimir Jirinovski 301211

Ərdoğanın Əsədi devirmək istəməsi ilə bağlı bəyanatı avropalılarla münasibətlərin yaxşılaşdırılması üçün Qərbə göndərilən mesajdır. 

Xeberinfo.com:  Bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Onun sözlərinə görə, Qərb Ərdoğanın mesajına müsbət cavab verə bilər: “Ərdoğan deyir ki, gəlin, mən sizə Əsədi ortadan götürməyə yardım edim, siz isə məni Avropa Birliyinə qəbul edin. Belə hiyləgər qəribəliklər olur. Bir sözlə, Türkiyə NATO-da qalır, Əsədi devirir, əvəzində Avropa Birliyinə dərhal qəbul edilir, Şengen zonası üzünə açılır. Bunun qarşılığında isə Ərdoğan bütün qaçqınları Suriyaya geri göndərir. Avropa buna gedə bilər, çünki çox qorxub. Ərdoğanın çıxışı Türkiyənin tarixi baxışı ilə də bağlı ola bilər. Ankara Suriyaya Osmanlı ərazisi kimi baxır. Yəni onların Suriya ilə münasibətləri bizim Krımla münasibətlərimiz kimidir. Ankara Suriyanın şimal hissəsində hansısa ərazini və İraqın şimalını özünə birləşdirməyi hədəfləyir. Bu isə bizə sərf etmir və ona görə də müttəfiqimiz Əsədi müdafiə edəcəyik”.

Qeyd edək ki, dünən Qüds konfransında çıxışı zamanı Türkiyə prezidenti Ankaranın Suriyaya Əsədin hökmranlığına son qoymaq üçün girdiyini bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam