Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Siz milli iradəni tanımasanız, millət də sizi tanımaz"

Türkiyə baş naziri Binəli Yıldırım Xalqların Demokratik Partiyasının (HDP) Türkiyə Böyük Millət Məclisinin fəaliyyətində iştirak etməkdən imtina etməsinə münasibət bildirib.

Xeberinfo.com:   Türkiyənin NTV telekanalına istinadən məlumata görə, B. Yıldırım deyib ki, millətin mandat verdiyi şəxslər parlamentin fəaliyyətində iştirakdan imtina edirsə, millətə həqarət etmiş olur.

Baş nazir bildirib ki, yol yaxınkən HDP yanlış yoldan qayıtmalıdır: ”Parlamentə gəlin, fikrinizi ifadə edin. Siz milli iradəni tanımasanız, millət də sizi tanımaz”. B. Yıldırım xatırladıb ki, bir zaman hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanılması məsələsi gündəmə gələrkən, AKP məhkəmədə özünü müdafiə edib: “Biz prokurorluğu, məhkəməni tanımadığımızı bəyan etmədik. AKP məhkəmədə özünü müdafiə etdi və partiyamızın bağlanmaması barədə qərar çıxarıldı. Əgər prokurorluq HDP deputatlarını ifadə vermək üçün çağırırsa, biz hüquq dövlətində yaşayırıq, gedib ifadə verəcəksiniz. Əgər getməyəcəksinizsə, hüquq dövlətində lazımi addım atılacaq. Hüqüq dövlətində səhv edən buna görə cavab vermək məcburiyyətindədir. Terror təşkilatına dəstək verən, dövlət vəsaitini terror təşkilatının maliyyələşdirilməsinə yönəldənlər, bələdiyyə texnikası ilə şəhərlərdə küçələri qazdıranlar bunun qarşılığını görəcək, cəzalandırılacaqlar”.

Qeyd edək ki, terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 9 deputatı həbs edilib. HDP bu gün Bu gün Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırdığını bəyan edib. HDP deputatlarının sayına görə parlamentdə üçüncü partiyadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam