Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiyanın yaxın gələcəkdə Qarabağla bağlı nikbinliyi yoxdur”

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına dair “böyük optimizm” içərisində deyil.

Xeberinfo.com:    Rusiya KİV-lərinə istinadən xəbərə görə, Uşakov bunu Türkiyə xarici işlər nazirinin Moskvanın 5 rayonun azad edilməsini də nəzərdə tutan nizamlama planını tərəflərə təqdim etdiyi haqda bəyanatını şərh edərkən deyib.

“Mən deməzdim ki, biz Qarabağ münaqişəsinin yaxın vaxtlarda həllinə dair böyük optimizm içərisindəyik. Bununla belə İrəvan və Bakı ilə işi israrla davam davam etdiririk”-Uşakov bildirib.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri Qarabağ münaqişəsinin həllinin yaxın perspektivdə mümkün olmadığını deyib, bunu “tərəflərin siyasi iradə nümayiş etdirməməsi” ilə əsaslandırıb. Rəsmi Bakı Kerrinin bu bəyanatına sərt reaksiya verərək ABŞ dövlət katibini tənqid edib.

RİA Novosti bildirir ki, Uşakov jurnalistlərin Rusiyanın Ermənistana “İsgəndər” operativ-taktiki raketlərini verməsi haqda da sualına cavab verib. Putinin köməkçisi bildirib ki, Rusiya Ermənistanın müttəfiqidir və tamamilə haqqı var ki, partnyoru ilə razılaşdırılmış silahları versin. “Burada gözlənilməz heç nə yoxdur və Azərbaycan üçün də bu, təəcüblü olmamalıdır. Azərbaycana da bildiyiniz kimi hansısa silahlar verilir”-Uşakov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam