Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO Qarabağ münaqişəsinin tezliklə həllini istəyir

NATO Qarabağ münaqişəsinin tezliklə həllini istəyir

NATO Qarabağ münaqişəsinin nizamlanmasında yeni impulsun baş verəcəyinə ümid edir.

Yenixeber.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu İrəvan Dövlət Universitetində çıxışı zamanı NATO-nun baş katibinin müavini Rouz Hettemüller bildirib. 

“NATO adından deyə bilərəm ki, biz bu yaxınlarda ən yüksək səviyyədə baş tutan diplomatik səyləri görməyə şadıq və ümid edirik ki, nizamlanma ən yaxın vaxtda əldə olunacaq”, - NATOrəsmisi deyib.

Hettemüller, həmçinin əlavə edib ki, o, hələ 90-cı illərdə ABŞ prezidenti Bill Klitonun Administrasiyasında işləyib və böhranın ilk günlərini xatırlayır: 

“Mən 25 il keçməsinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasına görə təəssüflənirəm. Ermənistan və Azərbaycan üçün birgə işləmək olduqca önəmlidir. Mən iki həftə əvvəl nazirlərin ATƏT XİN rəhbərləri Şurasının Vyanadakı görüşü, həmçinin prezidentlərin oktyabrdakı görüşünə görə şadam”. 

NATO rəsmisi ABŞ-ın yenidən yüksək səviyyədə danışıqlarda iştirak etməsindən məmnun olduğunu söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam