Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezidentdən Leyla Yunus və Rauf Mirqədirov açıqlaması

 

 

      İlham Əliyev: “Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib edilmir” 

 

    Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyev “Frans-Press” agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar.
 
   Məlumata görə, Fransa prezidenti bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur.
 
   F. Olland deyib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.
 
Prezident İlham Əliyev bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir: “Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir”.
 
Qeyd edək ki, “Frans-Press” agentliyi prezidentlərin görüşündə Leyla Yunus və Rauf Mirqədirovla bağlı məsələnin müzakirə olunub-olunmadığı, bu şəxslərlə bağlı hansı qərara gəlindiyi ilə bağlı sual ünvanlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam