Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Eldar Sabiroğlu Heydər Əliyevin vəkili olmayıb”

Eldar-Siyavush

Siyavuş Novuzov: “Həmin məhkəmədə Heydər Əliyevi dörd vəkil təmsil edib” “Hansı ki, onların arasında Eldar Sabiroğlu yoxdur”

Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu saytımıza açıqlamasında təxminən 20 il bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsinə, həmin məhkəmə zamanı H.Əliyevin ictimai müdafiəçisi qismində çıxış etdiyinə diqqət çəkib.

Məhkəmədə çıxışlarının olduğunu bildirən E.Sabiroğlu Ə.Elçibəyin ona ünvanladığı xəbərdarlığı da xatırladıb:

“Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə”.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov E.Sabiroğlunun sözügedən məhkəmə prosesində H.Əliyevin vəkili olmadığını vurğulayıb:

“E.Sabiroğlunun məlum prosesdə H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Həmin məhkəmə prosesində H.Əliyevin dörd vəkili olub. H.Əliyevin vəkili qismində mən, Tibb Universitetinin professoru Vaqif Şadlinski, millət vəkili Kərim Kərimov, bir də artıq haqq dünyasında olan Ağalar Abasbəyli çıxış edirdi. Biz vəkil olaraq rəsmi qaydada qeydiyyatdan keçən şəxslər olmuşuq. Bu gün məhkəməyə müraciət edib həmin sənədlərlə tanış olmaq, həmin vəkillərin kimliyinə aydınlıq gətirmək mümkündür. Bir daha qeyd edirəm ki, E.Sabiroğlunun H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və həqiqəti əks etdirmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam