Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Rüfəti üç gün soyuqda diziüstə və ac saxlayıblar” -ELDAR SABİROĞLU

eldar

"Rüfət üç gün soyuq “kars”da, beton döşəmənin üstündə diziüstə qalıb. Səhərlər yatağı da götürüb aparıb, bir də axşam gətiriblər. Ona səhər, günorta və axşam bir stəkan su veriblər, vəssalam. Siqaret istəyib, onu da verməyiblər"

Yenixeber.org:   Ölkədə insan haqlarının pozulmasına etiraz olaraq, müstəntiq vəzifəsindən istefa verəndən sonra həbs olunan Rüfət Səfərovun atası Eldar Sabiroğlunun sözləridir.

O, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısında həmin sözləri dilə gətirib və oğlunun həyatının təhlükə altında olduğunu söyləyib. Eldar Sabiroğlu onu da deyib ki, oğlu həbsxanaya köçürüləndən sonra ilk dəfə bir həftə, ikinci dəfə üç gün olmaqla, iki dəfə “karsa” salınıb. Hər ikisində də acınacaqlı şəraitdə saxlanılıb.

“Anası onu görəndə dəhşətə gəldi”

“Bu dəfə “kars”dan çıxandan sonra anası və mən onunla görüşə getmişdik, Rüfəti görəndə tanımadıq. Təxminən 15 kiloqram arıqlayıb, rəngi qapqara idi. Çətinliklə danışırdı, hətta yerişini də itirib. Anası onu görəndə dəhşətə gəldi, səbəbini soruşdu. Rüfət dedi ki, ona çox əziyyət verirlər. Belə başa düşürəm ki, niyyətləri Rüfəti Qobustandakı qapalı həbsxanaya göndərməkdir. O qədər intiqam hissi ilə yanırlar ki, onu məhv eləmək niyyətləri də istisna olunmur. Oğlumun taleyi ilə bağlı müəmmalar məni narahat edir”, – Eldar Sabiroğlu belə deyir.

Rüfət Səfərovun “kars”a salınmasının səbəbinə gəlincə, atası söyləyir ki, oğlu oturduğu yerdə keçmiş polis işçisi olan bir məhkum gəlib, ona “sən vətən xainisən” deyib. Rüfət Səfərov da təxribat olduğunu düşünərək, cavab verməyib, birbaşa cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məsələ haqda məlumat verib. Ertəsi gün onun özünü cərimə kamerasına salıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam