Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Rayon icra hakimiyyətləri ləğv olunsun" -Sabiq nazirdən təklif

 

Fikrət Yusifov: “70-dən çox rayon və şəhər icra hakimiyyətinin əvəzində, 9 iqtisadi rayondan ibarət vilayət icra hakimiyyətinin yaradılması düzgün bir addım olardı”


Yenixeber.org:   2016-cı il sentyabrın 26-da keçirilən referendumdan sonra ölkədə idarəetmə sistemində bir sıra ciddi dəyişikliklərin olacağı proqnozlaşdırılırdı. Həmin dəyişikliklərin bəziləri indiyə qədər reallaşıb. Lakin regional idarəetmə strukturunun təkmilləşdirilməsi və rayon (şəhər) icra hakimiyyətlərinin ləğv ediləcəyi barədə deyilənlər hələ ki doğrulmayıb. Buna baxmayaraq, məsələ hələ də gündəmdən çıxmayıb.

Yayılan məlumatlara görə, idarəetmə islahatının nüvəsini 9 vilayətin yaradılması təşkil edir. Bildirilir ki, hazırda ölkədə 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Naxçıvan (Muxtar Respublika tabeliyində), Sumqayıt, Şəki, Şirvan (keçmiş Əli Bayramlı), Yevlax), 66 rayon daxildir. Bakı və Naxçıvanı çıxmaq şərtilə, qalan 9 şəhər mərkəz olmaqla 9 vilayətin yaradılması nəzərdə tutulur. 

Başqa bir xəbərdə isə deyilir ki, hazırda mövcud olan 85 rayon 13 vilayətdə birləşdiriləcək. Bu isə rayon icra hakimiyyətlərinin sayının təxminən 6 dəfə azalması ilə nəticələnəcək. İlkin mərhələdə vilayətə prezidentin təyin etdiyi şəxsin rəhbərlik edəcəyi, yaxın gələcəkdə isə vilayət rəhbərinin seçki yolu ilə müəyyənləşəcəyi deyilir.


Məlumata görə, hazırkı bürokratik sistem, rayon icra başçılarının korperativ maraqları, ən başlıcası isə iri biznes qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin formalaşmasını əngəlləyir. Bunun üçün regional idarəetmə qaydaları dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır. Ən mühümü isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması ən optimal yol olaraq göstərilir. 
Yayılan xəbərlərdə bildirilir ki, ölkədə 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla, 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla, 15 regional ərazi vahidi olacaq.


Qeyd edilir ki, bu islahatlar dövlət büdcəsinin yükünün azaldılması və regionların özü-özünü iqtisadi cəhətdən təmin etməsi üçün ediləcək. 
Ekspertlər sözügedən dəyişikliklərin həm müsbət, həm də mənfi nəticələrinin ola biləcəyini vurğulayırlar. Bu yolla büdcə xərclərinin azalacağı bildirilir. Amma eyni zamanda işsizlik probleminin daha da artacağı qeyd olunur. Bildirilir ki, Azərbaycanda idarəetmə sistemi mərkəzləşdirilmiş bir sistemdir. Əks mərkəzləşdirilmə aparılmalıdır.

Bu həm də siyasi məsələ olduğu üçün həssas olmaq lazımdır. Çünki gözlənilməz nəticələr verə bilər. Hər bir regionda rəqabət qabiliyyətinin artırılması ilə bağlı indikatorlar işlənib hazırlanmalıdır. Hazırkı 9 iqtisadi rayona daxil olan şəhərlərin, rayonların bir sistemə salınması bu iqtisadi rayonlar müəyyənləşdirilərkən əsaslandırılmayıb. Ona görə də mütləq dəyişikliklər olmalıdır. Ola bilsin ki, iqtisadi rayonların sayı azaldılmalıdır və ya vilayətlər yaradılmalıdır. Burada ən vacib məsələ yerli idarəetmənin təşviq olunmasıdır. Bütün bunların faydalılıq əmsalı yoxlanılmalıdır. Bu proseslər birdən-birə aparılmır. Elə bir dəyişiklik olmalıdır ki, insanların həyat tərzinə, yaşayışlarına müsbət təsir göstərsin. Daha çevik idarəetmə mexanizmi olmalıdır ki, orada problem yaranmasın.


Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ ötən il bu məsələ ilə bağlı verdiyi təklifin üstündə dayanır. Azərbaycanda yerli İcra hakimiyyətlərinin ləğv edilərək yenidən təşkil olunması zərurəti var: “Azərbaycanda 9 iqtisadi rayon və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonu mövcuddur. Hesab edirəm ki, bu gün Azərbaycanda 70-dən çox rayon və şəhər icra hakimiyyətinin əvəzində, 9 iqtisadi rayondan ibarət vilayət icra hakimiyyətinin yaradılması düzgün bir addım olardı. Belə addım yerli icra strukturlarının xərclərinin bir neçə dəfə azalması demək olacaqdır. Lakin hər kəs bilməlidir ki, yerli icra strukturlarında aparılacaq islahatların əsas hədəfi bundan ibarət deyil. Əsas hədəf odur ki, yerlərdə dövlət idarəçilik aparatlarının fəaliyyətində çeviklik təmin olunsun, sahibkarlığın inkişafına məmur müdaxiləsi aradan qaldırılsın. Təcrübə göstərir ki, yerlərdə böyük məmur ordusu bir qayda olaraq sahibkarların fəaliyyətinə müdaxilə etməklə məşğul olurlar. Ona görə də yerli icra strukturlarındakı islahatlar təkcə kəmiyyət dəyişikliklərini deyil, eyni zamanda keyfiyyət dəyişikliklərini hədəfləməlidir”.


F.Yusifov vurğuladı ki, son iki ilə yaxın vaxt ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektoruna transformasiya olunması üçün hökumət çox ciddi qərarlar qəbul edilib. O qərarların uğurla icra olunması yerli idarəçilikdə aparılacaq islahatların keyfiyyətindən də çox asılı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam