Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Türkiyənin rus qırıcılarını vurmağa ixtiyarı var”

 

ABŞ-ın dövlət katibi Con Kerri ötən gün Rusiya hərbi hava qüvvələrinə məxsus 2 qırıcı təyyarənin Suriya ərazisində uçuş edən zaman Türkiyə hava sərhədlərini pozmasına münasibət bildirib.

"Xeberinfo.com":   Xarici mediaya istinadən məlumata görə, C.Kerri bu hadisədən narahat olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiyaya məxsus qırıcı təyyarələrin Türkiyə hava sərhəddini kobud şəkildə pozması vəziyyəti daha da gərginləşdirə bilərdi: “Mən bu hadisəyə görə çox təəssüf hissi keçirirəm. Çünki Rusiya təyyarələri Türkiyə hava məkanına icazəsiz daxil olub. Buna görə də Türkiyə öz hüquqlarından istifadə edərək, həmin təyyarələri vura bilər. Buna tam ixtiyarı çatır. Biz Rusiyanı bu cür məsələlərə görə əvvəlcədən xəbərdar etmişik”.

Türkiyə və ABŞ-ın eyni ittifaqda yer aldığını və NATO ölkəsi olduğunu diqqətə çatdıran C.Kerri Rusiyanı bu cür halları təkrarlamamağa çağırıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri rus qırıcılarının Türkiyə hava məkanını pozmasından dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq, narahatlığını çatdırıb.

Bundan əlavə, türkiyəli nazir sözügedən məsələ ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya xarici işlər nazirləri ilə də telefon danışıqları aparıb. Yaxın günlərdə isə Türkiyənin xarici işlər naziri NATO-nun baş katibi və Almaniyanın xarici işlər naziri ilə də məsələni müzakirə edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam